Yadplanetlilər niyə bizimlə əlaqə saxlaya bilmirlər?

08:25 02-03-2024 | icon 517 | Maraqlı
Yadplanetlilər niyə bizimlə əlaqə saxlaya bilmirlər?

İspaniyanın Atlantiko-Medio Universitetinin astronomları insanlarla əlaqə saxlamaq istəyən, lakin buna nail ola bilməyən yadplanetli sivilizasiyalarının mövcudluğunun mümkün olduğunu hesab edirlər.

 

Bununla bağlı fərziyyələr “British Planetary Society” jurnalında dərc olunub.

 

Onların fikrincə, əsas amil planetin kütləsindən asılı və ikinci qaçış sürətilə əlaqəli olan qaçış əmsalıdır. Yer üçün bu parametrlər müvafiq olaraq 1 və 11,2 km/s təşkil edir.

 

Əgər qaçış əmsalı 2,2-dən çox olarsa, raket belə bir planetdən uzaqlaşa bilməz və atmosferin sıxlığı kosmik gəminin yumşaq enişini qeyri-mümkün edir. Belə “super yer”lərin sakinləri, əgər varsa, bəşəriyyətlə əlaqə qurmaq istəsələr də, bunu edə bilməzlər. Tədqiqatın müəllifləri bu variantı “tələ dünyaları” adlandırıblar.

 

Əgər qaçış əmsalı 0,4-dən azdırsa, planet atmosferi saxlaya bilmir və onun səthində həyat qeyri-mümkündür. Lakin Saturnun peyki Enselad kimi dərin buzaltı okeanları olan göy cisimləri var ki, burada sualtı həyatın mümkün olduğu hesab olunur.

 

Şüürlu canlılar orada yaşasalar belə, okeandan kənarda hər hansı bir şeyin ola biləcəyi barədə təsəvvürləri belə yoxdur - suda ünsiyyətin xüsusiyyətlərinə görə onları inkişaf etdirmək üçün stimul olmalıdır. Alimlər bu planetləri “akvarium dünyaları” kimi təsnif ediblər.

 

Beləliklə, yerdənkənar sivilizasiyalarla əlaqə ehtimalı olan iki qrup ekzoplanet müəyyən edilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI