Nadir Qafarzadə od püskürdü

08:28 02-03-2024 | icon 457 | Şou-biznes
Nadir Qafarzadə od püskürdü

“Hara baxırsan, üç səviyyəsizi görürsən”

 

Müğənni Nadir Qafarzadə sosial şəbəkə hesabında canlı yayımda giley-güzar edib.

 

Lent.az-ın xəbərinə görə, müğənni ad çəkmədən hədəf aldığı məşhurlar barədə ağır ifadələr işlədib:

 

“Hansı sosial şəbəkəni açırsan, 3 tərbiyəsizi görürsən. Hamı onlara baxır, hamı onları varlandırır. İnsanlar ən vacib məsələlərini qoyublar kənara, ancaq bu üç nəfər əxlaqsızla məşğuldur. İş ondadır ki, nifrət də etmirlər, onlara pullar qazandırırlar. Bir gecədə 25 min dollar pul qazanan var. Soysuz, köksüz 3 səviyyəsiz cəmiyyətin başını qatır. Problemi olan qaziyə, ehtiyac sahibinə heç kim dönüb baxmır, hamı pulunu tökür bu 3 səviyyəsizə. Bunlar alimdir, professordur, hərbiçidir, incəsənət xadimidir, kimdir bunlar? Ölkə əhalisinin gör nə qədəri onların səviyyəsindədir, səviyyəniz budur”.

 

Nadir Qafarzadə ad çəkməsə də, gələn rəylərdə onun Nia, Sabir və Furkan adlı üç “TikTok”eri nəzərdə tutduğu yazılıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI