Ən yüksək maaş bu sahələrdə verilir - SİYAHI

13:08 13-03-2024 | icon 446 | İqtisadiyyat
Ən yüksək maaş bu sahələrdə verilir - SİYAHI

2024-cü il fevralın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1725,1 min nəfər olub, onlardan 901,7 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 823,4 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

 

Versus.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi bildirib.

 

Muzdla işləyənlərin 19,2 faizi təhsil, 18,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,9 faizi sənaye, 8,5 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,5 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 6,3 faizi tikinti, 4,2 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,7 faizi peşə, elmi və texniki fəaliyyət, 3,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,2 faizi maliyyə və sığorta fəaliyyəti, 14,6 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

 

2024-cü ilin yanvar ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 10,1 faiz artaraq 942,4 manat olub.



İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Zəfəri nurlandıran Nurlan” və “Ulu Öndərin işığında” - AMEA-da TƏQDİMAT

Prezident onu MÜKAFATLANDIRDI

Müasir Azərbaycanın dövlətçilik tarixində ƏN PARLAQ SİMA

"Bu uğurların, qələbələrin stansiyasının inşasına 15 iyundan başlanıldı"

Röyanın doğum günündə “Sərxoşam” - KLİP

Bu ölkələrə mesaj VERİLDİ

Xalq artisti şagirdlərlə görüşdü

Azərbaycanda Milli Qurtuluş Günüdür

Şuşa Bəyannaməsinin imzalanmasının üçüncü ili

Çində dənizin dibindən 600 illik əşyalar tapıldı

Qəbul imtahanının NƏTİCƏLƏRİ

"WhatsApp"da YENİ FUNKSİYA

Ajda Pekkan 60 illik arzusunu gerçəkləşdirdi

Bu il qarpızın baha olacağı gözlənilir

Mobil oyun məktəblini "dəli" etdi