Yeraltı dayanacaqlarda kəskin qiymət artımının SƏBƏBİ

14:06 27-03-2024 | icon 259 | İqtisadiyyat
Yeraltı dayanacaqlarda kəskin qiymət artımının SƏBƏBİ

Bakıda yeraltı dayanacaqlarda kəskin qiymət artımının olması narazılıq yaradıb.

 

Artıq bir çox yeraltı dayanacaqlar aprel ayının 1-dən etibarən taariflərin artırılmasını və yeni qiymətləri elan ediblər.

 

Məsələn, Bakının ən böyük avtomobil dayanacağı hesab olunan Qış parkındakı parkinq qiymətləri nə az, nə çox birdən-birə 170% artırılıb.

 

 

Qeyd edək ki, Azadlıq meydanı yeraltı dayanacağında da yeni tariflər tətbiq olunub.

 

 

Avtomobil sahibləri qiymətlərin kəskin artımına sosial şəbəkələrdə öz etirazlarını bildiriblər.

 

Parklanma yerlərindəki qiymət artımlarına görə nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, bu gün hardasa parklanma yerlərinin fəaliyyətinin dayandırılması və hansısa küçələrin bağlanması sahibkarlığa ziyan vurur.

 

 

Bakı sakini kimi tariflərin bu dərəcədə yüksəlməsindən narazı olduğunu da diqqətə çatdıran ekspert qeyd edib ki, Azərbaycanda parklanma yerlərinin qiyməti Nazirlər Kabinetinin qərarı ilə tənzimlənir və tənzimlənməlidir. 

 

“Düzdür, dayanacaqlarda qiymətlər fərqli ola bilər, xüsusən də özəl sektorda. Bu gün Bakı şəhərində parklanma yerlərinə tələb kəskin şəkildə artıb. Bunun da əsas səbəblərindən biri Bakının mərkəzi küçələrində olan parklanma yerlərinin və həmin yerlərə avtomobillərin daxil olmasının ləğv edilməsidir. Bir ərazidə avtodayanacağın ləğv edilməsi, digər ərazilərdə olan dayanacaqlara tələbin artmasını qaçılmaz edir. Təəssüf ki, bu tələb qarşılığında da həmin dayanacaq yerlərindəki qiymətlər kəskin yüksəlir”.

 

 

E.Cəfərov bildirib ki, parklanma yerlərinin ləğvi və dayanacaqlardakı yüksək tariflər məsələsində nəzərə alınmalı daha bir vacib məsələ sahibkarlığa ziyan olmamasıdır:

 

“Hesab edirəm ki, bu gün bu sahədə atılan addımlar sahibkarlığa ziyan vurur. Bu məsələlər hamısı nəzərə alınmalıdır”.

 

 

“Təkrar etmək istəyirəm ki, dövlətə məxsus yerlərdə parklanma qiyməti Nazirlər Kabinetinin qərarı ilə müəyyən olunmalıdır, ikincisi, parklanma tarifi dövlətin mövcud sosialyönümlü siyasətinə zidd olmamalıdır, əlilliyi olan insanlar, inklüzivlik nəzərə alınmalıdır. Məlumdur ki, bu gün Bakı şəhərində əlilliyi olan insanlar faktiki olaraq hərəkətdən məhrumdurlar. Onlar üçün ictimai nəqliyyatda hərəkət etmək də çox çətindir. Buna görə də əlilliyi olan insanlar əsasən fərdi avtomobillərdən və taksi xidmətlərindən istifadə edirlər”, - deyə E. Cəfər bildirib.

 

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, qurumun balansında olan yeraltı parklanma məntəqələrində ən yüksək aylıq tariflə bir saata görə ödəniş 20 qəpik təşkil edir.

 

“AYNA-nın balansında olan yeraltı parklanma məntəqələrində yeni aylıq tariflərə əsasən qiymətlər bir gün üçün 1 manat 66 qəpik - 4 manat 66 qəpik arasında dəyişir. Hətta ən yüksək aylıq tariflə bir saata görə ödəniş 20 qəpik təşkil edir”, - deyə məlumatda qeyd olunur. 

 

Hökumət evi, Qış parkı və Mərkəzi parkda yeraltı parklanma məntəqələri üzrə parklanmalarda qiymət artımı ilə bağlı suala cavab olaraq isə qurumdan bildirilib ki, səbəb parklanma məntəqələrinin fəaliyyəti zamanı daxilolmaların xərcləri tam qarşılamamasıdır.

 

“Parklanma məntəqələrində mövcud avadanlıqlar (lift, eskalator, ödəniş terminalları, yanğından mühafizə sistemi və s.) qeyri-qənaətbəxş vəziyyətdədir və təmiri və yenilənməsi üçün əsaslı vəsait qoyuluşu tələb olunur. Həm yaranan zərərin azaldılması, eləcə də əhaliyə göstərilən xidmət səviyyəsinin artırılması məqsədilə mövcud tariflərin dəyişdirilməsi məqsədəuyğun hesab edilib”, - deyə məlumatda bildirilir. /oxu.az/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Daha bir bank BAĞLANIR

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İsrail “Hizbullah” döyüşçülərinin yerləşdiyi binaya zərbə endirib, ölənlər var

Məktəblərarası biologiya yarışması keçirilib