Benziadan Qurbanova təşəkkür

16:12 29-03-2024 | icon 309 | İdman
Benziadan Qurbanova təşəkkür

“Onun sayəsində milliyə dəvət aldım”

 

“Beş il sonra milliyə döndüyüm üçün çox xoşbəxtəm”.

 

Bunu futbolinfo.az-a açıqlamasında “Qarabağ”ın futbolçusu Yassin Benzia deyib.

 

O, beş il sonra Əlcəzair yığmasına dönməsindən danışıb. Benzia “FIFA series - Edition 2024”də keçirdiyi oyunlardan və vurduğu qollardan da söz açıb:

 

“Dönüşüm çox yaxşı alındı və buna sevinirəm. Cənubi Afrika millisinə vurduğum qola gəlincə, çox möhtəşəm alındı. İnanılmaz qol idi və bütün dünya mediası bundan danışır. Onu da deyim ki, “Qarabağ”a və baş məşqçi Qurban Qurbanova təşəkkür edirəm. Çünki bu klub və bu məşqçi sayəsində formamı bərpa etdim, milli komandaya dəvət aldım. Qurban Qurbanovun əməyi danılmazdır”.

 

Benzianın qolunun “Puşkaş mükafatı”na namizəd göstərilməsi barədə fikirlər isə belə olub:

 

“Namizəd ola bilər, seçilə də bilər. Təbii ki, “Puşkaş mükafatı”nı alsam, yaxşı olar, almasam da, heç bir şey etmək olmaz. Əsas odur ki, qolum gözəl alındı”.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI