“Azərbaycan öz tarixinə hər zaman sahib çıxıb”

11:58 31-03-2024 | icon 205 | Siyasət
“Azərbaycan öz tarixinə hər zaman sahib çıxıb”

Könül İsmayılova: “Gələcək nəsillərin milli yaddaşının qorunması üçün hər birimizin xidməti vacibdir”

 

“1998-ci ildən başlayaraq hər il 31 mart azərbaycanlıların soyqırımı günü kimi dövlət səviyyəsində qeyd olunur. Xalqımıza qarşı törədilmiş soyqırımı siyasətinin uzun tarixi olsa da, bu barədə əsl həqiqətlər yalnız Azərbaycan rəhbərliyinin qətiyyəti sayəsində dünya ictimai fikrinə çatdırılmağa başladı”.

 

Versus.Az xəbər verir ki, bunu Nizami rayon İcra Hakimiyyətinin məsul işçisi, Müasir Müsavat Partiyasının Siyasi Şura və İdarə Heyətinin üzvü Könül İsmayılova 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar danışarkən deyib:

 

 

“Ulu Öndər Heydər Əliyev hələ 2003-cü ilin martınd müsahibələrinin birində deyib ki, - “Xalqımıza qarşı törədilmiş soyqırımı haqqında həqiqətləri real faktlar, dəlillər əsasında dünya dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırmaq, saxta erməni təbliğatı nəticəsində formalaşmış yalan təsəvvürləri dəyişdirmək, ona hüquqi-siyasi qiymət verdirmək nə qədər çətin olsa da, şərəfli və müqəddəs bir iş kimi bu gün də, gələcəkdə də davam etdirilməlidir. Bu, soyqırımı qurbanlarının xatirəsi qarşısında indiki nəslin müqəddəs borcudur.” Əminliklə deyə bilərəm ki, Azərbaycan gəncliyi bu gün ümummilli liderimizin bu tövsüyyəsinə layiqincə əməl edir”.

 

K.İsmayılova saoyqırımın tarixinə diqqət çəkib:

 

“Tarixdən bilirik ki, Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır. Bakıda, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin etnik və dini mənsubiyyətinə görə qətlə yetirildi, insanlar işgəncələrə məruz qaldı, onlara qəsdən fiziki qüsurlar yetirldi. Cinayətlərin miqyası Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər əraziləri əhatə edib. Qeyd edim ki, 1918-ci ilin mart hadisələrində yalnız mülki əhaliyə qarşı soyqırımı törədilməyib. Eyni zamanda yaşayış məntəqələrimiz dağıdılmış, mədəniyyət abidələrimiz, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilmişdi. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirib, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçiriblər”.

 

Xalqımıza qarşı törədilmiş qanlı faciənin Şamaxıda, Qubada davam etdiyini xatırladan Könül xanım qeyd edib ki, Qubada aşkarlanan kəllə və digər insan sümüklərində güllə yerinin olmadığı sübut olunub. Onların hamısı küt alətlərlə öldürülüb:

 

“Qətlə yetirilmiş insanların baş nahiyəsindən balta ilə vurublar. Sonra xəncərdən istifadə etməklə başı bədəndən ayırıblar. Bəzi kəllə sümüklərində mismarlar aşkarlanıb. İnsanların başına mismar vurmaqla öldürülməsi bu vəhşiliyin hüdudlarının olmadığını göstərir. Xüsusi qəddarlıqla öldürülən insanlar su arxlarına və quyulara doldurulub, üzəri torpaqla örtülüb. Təbii ki, bu cinayətlərin araşdırılması dayandırılmayıb. Belə ki, yeni faktlar aşkar edilib. “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanın imzalanandan sonra həmin tarixin öyrənilməsi istiqamətində mühüm işlər görülüb, çoxlu əsərlər yazılıb və əcnəbi dillərə tərcümə olunub. Aparılan araşdırmalar sayəsində bir çox yeni faktlar və sənədlər toplanıb, Quba şəhərində kütləvi məzarlıq aşkarlanıb. 2007-ci ilin aprelində Quba stadionunun təmiri ilə əlaqədar aparılan qazıntı işləri nəticəsində kütləvi məzarlıq aşkarlandı. Məzarlıqdan tapılan insanların cəsədləri üzərində tibbi ekspertiza, antropoloji araşdırmalar aparıldı. Məzarlıqda 500-dək insan kəlləsi vardı. Bu adamların 1918-ci ildə ermənilərin Qubada törətdiyi soyqırımı qurbanları olduğu sübuta yetirildi.

Gələcək nəsillərin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Prezidenti İlham Əliyev 30 dekabr 2009-cu il tarixli Sərəncamı ilə Quba şəhərində “Soyqırımı memorial kompleksi“nin yaradılmasına qərar vermişdir. Memorial kompleks 2012-2013-cü illərdə Quba şəhərində Qudyalçayın sol sahilində inşa edilmiş və 2013-cü il sentyabrın 18-də açılmışdır”.

 

K.İsmayılova tarixi qısa olaraq xatırlatmaqda məqsədinin Azərbaycanın öz tarixinə hər zaman sahib çıxdığını, bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında xalqımızın nümayəndələrinin fəal olduğunu diqqətə çatdırmaq olduğunu vurğulayıb:

 

“Ümumiyyətlə, gələcək nəsillərin milli yaddaşının qorunması üçün hər birimizin xidməti vacibdir”.

 

PƏRİ
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

İqtisadi tarazlıq nə zaman pozulur?

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Parlament seçkisi ilə bağlı daha bir ANONS

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

RAYS Azərbaycanda piratçılığa qarşı: Hamı ödəməli olacaq!

Məktəbdə baş verən yanğınla bağlı RƏSMİ AÇIQLAMA

Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə ŞAD XƏBƏR

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

"Quru sərhədinin açılması ilə bağlı məqam hələ yetişməyib"

Elmira Süleymanova dəfn olundu