Strateji dərinliklərin “yoxlanması”

15:37 01-04-2024 | icon 179 | Siyasət
Strateji dərinliklərin “yoxlanması”

Azərbaycanın Ermənistanın təxribatlarına mümkün cavabı

 

Ermənistanın Azərbaycanla şərti sərhədin müxtəlif istiqamətlərinə canlı qüvvə və hərbi texnika cəmləməsinin geosiyasi cəhətdən bir izahı var: İrəvan Bakı ilə geosiyasi alətlər baxımından müqayisə yarada bilmək cəhdlərinə girişir.

 

Çünki Ermənistanın sərhədə qoşun yığması qoşunların adi rotasiyasına bənzəmir. Ən azından, ona görə ki, aprelin 5-də Brüsseldə ABŞ-Avropa İttifaqı-Ermənistan üçtərəfli sammiti planlaşdırılır ki, İrəvan həmin görüşə hansısa üstün kartla getməyi hədəfləyir.

 

Hərçənd ki, Ermənistan Azərbaycanla sülhü təmin edəcək tezislərini Bakının qurduğu model əsasında inkişaf etdirir. Ancaq İrəvandakı belə təcrübənin birbaşa nəticələr verməsi şübhəli görünür.

 

Bu şübhələri artıran və qeyri-müəyyənlik yaradan situasiyalar barədə bir neçə tezis:

 

- Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülhü qismən təşviq etsə də, geniş planda məğlubiyyəti rəsmiləşdirən sülh müqaviləsini ləngidir. Bu isə regionda geostrateji mübarizə aparan oyunçular üçün fürsətdir.

- Baş nazirin komandasında Azərbaycanla sülh gündəliyinə yanaşmada ikitirəlik var: Sülh üçün Azərbaycanın şərtlərini qəbul etmək və ona müqavimət göstərən qüvvələrin toqquşması sərhəddəki gərginliyi artırır.

- Belə qeyri-müəyyən gündəlik Fransa kimi aktorun Ermənistana vədləri əsasında İrəvanı Azərbaycana qarşı revanşa həvəsləndirir. Regiondakı eskalasiya riski Azərbaycan və Türkiyənin strateji önəm verdiyi Zəngəzur dəhlizi layihəsinin gələcəyini sual altında saxlamaq məqsədlərinin irəliləməsi üçün açıla biləcək qapıdır.

 

Şübhəsiz ki, Azərbaycanın sərəncamında olan strateji aktivlər və güc tətbiqi balansı İrəvana, onun havadarlarına çəkindiricilik verir.

 

Paşinyan Azərbaycanın çəkindirmə qabiliyyətini anladığından sülh üçün lazım olan baza tezisləri səsləndirir, ancaq paralelində təhlükəsizlik zəmanətləri axtarışlarını Bakıya qarşı müqavimət oxu kimi formalaşdırmağa çalışır.

 

Deməli, İrəvan, bir tərəfdən, Bakının hərbi əməliyyatları bərpa edə biləcəyi qorxusu ilə oynayır.

 

Bunun üçün Paşinyan qabaqdangəlmişlik edərək Ermənistanın mümkün təxribatlarının üzərini “Azərbaycanın yeni genişmiqyaslı müharibə üçün bəhanə axtardığını” deyərək örtməyə cəhd göstərir.

 

Digər yandan isə Paşinyan erməni ictimaiyyətini Azərbaycanla sülhün həyati zəruriliyinə inandırmağa çalışır.

 

Paşinyanın “müharibə bəyanatı”na gəlincə, bu, aprelin 5-də gözlənilən danışıqlardan əlidolu dönmənin təminatçısı ola bilməyəcək. Çünki regionda Azərbaycana qarşı geosiyasi balans qurmaq cəhdləri fayda vermir.

 

Birincisi, ona görə ki, Azərbaycanın başlatdığı regional sülh və təhlükəsizlik açılımı strateji cəhətdən Rusiya, Çin, Böyük Britaniya kimi beynəlxalq oyunçuların dəstəyini qazanır, NATO-nun maraqları ilə uyğunlaşır. Təbii ki, Bakı nəhənglər arasındakı balansı diqqətdə saxlayır və sürətli manevr imkanları əldə edir.

 

İkincisi, Ermənistanın silahlandırılması üçün tərtib edilən qrafik və marşrutlar Azərbaycanın ciddi nəzarəti altındadır və Bakı heç bir halda bölgədə qüvvələr nisbətinin öz əleyhinə dəyişməsinə imkan verən deyil.

 

İndi Ermənistan sərhədlərin delimitasiyası və demarkasiyası məsələsinin müzakirəsindən imtina xəttinə girib Azərbaycana yaxın ərazilərə qoşun yığmağa davam etsə, onda güc ssenarisi işə düşə bilər.

 

NƏTİCƏ

 

Ermənistanın qeyri-müəyyən addımları, hərbi insidentlərə meyilliliyi intensiv ardıcıl xarakter alacaqsa və Azərbaycana qarşı sistemli təxribatın tərkib hissəsi olacaqsa, onda:

 

- Azərbaycan minimum olaraq taktiki hədəflərə zərbə endirmək hüququndan yararlanacaq,

- Azərbaycan maksimal məqsədləri kontekstində daha geniş addımlar atıb Ermənistanın strateji dərinliklərini “yoxlaya bilər”. Azərbaycan indi həmişəkindən daha geniş kəşfiyyat məlumatlarına sahibdir...

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI