Sosial yardım almaq istəyənlərə MÜRACİƏT

17:34 01-04-2024 | icon 139 | Sosial
Sosial yardım almaq istəyənlərə MÜRACİƏT

Baş Prokurorluq ünvanlı sosial yardımla bağlı vətəndaşlara müraciət edib.

 

Qurumdan verilən məlumata görə, müraciətdə deyilir:

 

“Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161” qaynar xətt əlaqə mərkəzinə daxil olmuş vətəndaş müraciətləri üzrə aparılan təhlillərlə aktuallığı ilə seçilən həssas sahələrin müəyyən edilməsi və bu istiqamətdə hüquqpozmaların qarşısının alınması məqsədi ilə kompleks tədbirlər görülməsi davam etdirilməkdədir.

 

Təhlillərdən görünür ki, vətəndaşları narahat edən məsələlər sırasına sosial müdafiə, sosial təminat sahəsi ilə bağlı mövcud olan hüquqpozmalar və sui-istifadə hallarıdır. Odur ki, xoşagəlməz hadisələrin qarşısının alınması üçün vətəndaşların bu sahədə bir sıra zəruri məlumatları bilmələri faydalı olardı.

 

Ünvanlı sosial yardımı kimlər ala bilər?

 

Azərbaycan Respublikasının “Ünvanlı sosial yardım hüququnu haqqında” Qanunun 3-cü maddəsinə əsasən, sosial yardım hüququna orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarının (ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2024-cü il üçün ehtiyac meyarının həddi 270 manat məbləğində təsdiq edilib) məcmusundan aşağı olan aşağıdakı aztəminatlı ailələrə təyin olunur:

 

1. Bütün ailə üzvlərinin əmək qabiliyyətsiz olması;

2. Ailənin əmək qabiliyyətli üzvünün:

- orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyinin müəyyən edilməsi;

- 18 yaşınadək əlilliyinin müəyyən edilməsi;

- 8 yaşına çatmamış uşağa qulluq etməsi ;

- 23 yaşınadək əyani təhsil alması;

- işsiz kimi qeydiyyata alınması.

 

3. Bundan başqa, ailənin əmək qabiliyyətli üzvünün vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi və ya olduğu yerin məlum olmaması.

 

Məsələn, bir ailə üç nəfərdən ibarətdir. Ailədə ailə başçısı işləyir, məşğul şəxsdir. Ana iki yaşında bir uşağa qulluq edir, ondan məşğulluq tələb olunmur və o əmək qabiliyyətsiz sayılır. Bu ailənin üç üzvü üçün ehtiyac meyarı 3*270 AZN= 810 AZN şəklində müəyyən olunur. Əgər ailə başçısının gəliri 400 manatdırsa, bu zaman ailənin orta aylıq gəliri 400 manat olduğu üçün ailəyə ehtiyac meyarı və orta aylıq ailə gəliri arasındakı fərq qədər, yəni 410 manat ünvanlı sosial yardım təyin olunur.

 

Ünvanlı sosial yardım hansı müddətə təyin edilir?

 

Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən bir il müddətinə təyin olunur.

 

Sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə, sosial yardım alan ailə bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” altsisteminə (VEMTAS-a) 15 (on beş) iş günü müddətində məlumat verməlidir”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bakıdakı yeni metro stansiyasından GÖRÜNTÜLƏR

Öz prinsiplərinə sadiq, xarizmatik insan...

MDU rektoru və əməkdaşları şəhid məzunların ailələrini ziyarət edib

Gəncə idmanında yeni mərhələ

Muradın 17 illik sevgi etirafı

Çimərlikdə naməlum məxluqun cəsədi tapıldı

Dieqo Simeone İtaliyaya dönmək istəyir

Ömrü uzadan məşğuliyyətlər

Ağırlıqqaldıranımız Dünya Kubokunda üç gümüş medal qazandı

Lyuis Həmiltondan karyerası ilə bağlı açıqlama

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65