El arasında çiban kimi tanınan Furunkulyoz əslində təhlükəlidir

13:01 05-04-2024 | icon 412 | Sağlamlıq
El arasında çiban kimi tanınan Furunkulyoz əslində təhlükəlidir

Nərminə Abbasova: “Hətta sağlam insanlarda da Furunkulyoz xəstəliyi - çiban yarana bilər”

 

İnsan dərisi orqanizmin xarici mühitlə əlaqəsini təmin edir. Eyni zamanda daim müxtəlif qıcıqlandırıcıların təsirinə məruz qalır. Dəri örtüklərində əmələ gələn xoşagəlməz əlamətlərdən biri də çiban - furunkulyoz, furunkuldur. Furunkulyoz və ya Furunkul - tük follikulu, piy vəziləri və ətraf toxumaların irinli-nekrotik iltihabı olub, el arasında çiban kimi də tanınır. Furunkulyoz və ya Furunkul bakterial follikulitin dərin bir formasıdır. Ağır hallarda, hətta cərrahi müdaxilə tələb olunur.

 

Mövzu ilə bağlı Versus.Az-ın oxucularını ailə həkimimiz, MayoMed Klinikasının baş həkimi Nərminə Abbasova məlumatlandırdı.

 

Furunkulyoz xəstəliyinin simptomlarından danışan Nərminə Abbasova bildirdi ki, bu xəstəliyin simptomları dəri örtüyünün tük olan hər hansı hissəsində müşahidə oluna bilər. Onun sözlərinə görə, zədə ocaqlarında çox vaxt tək-tək follikulyar papulo-pustulalar əmələ gəlir, sonradan tez zamanda noxuddan fındıq böyüklüyünə qədər olan ölçüdə, mərkəzində “nekrotik özək” və ətrafı iltihablı olan ağrılı düyünə çevrilir:

 

 

““Nekrotik Özək” qopduqda xora əmələ gəlir, çapıq qoyaraq sağalır. Ağır gediş zamanı limfadenit və limfangit, ümumi vəziyyətin pozulması ola bilər. Müxtəlif inkişaf mərhələlərində çoxsaylı furunkullar furunkulyoz adlandırılır. Kipriyin tük follikullarının irinli iltihabı furunkul tipində gedir - itdirsəyi (hordeolum) adlanır. Qeyd edim ki, Furunkulyoz xəstəliyinin yaranma səbəbləri dəridə və burun içərisində rast gəlinən stafilokok bakteriyasıdır. Dərinin altında irin yığıldıqca qabar əmələ gəlir. Bəzən dərinin kiçik bir zədə və ya həşərat dişləməsi ilə yaralanan yerlərdə çibanlar əmələ gəlir ki, bu da bakteriyalar asanlıqla daxil olur”.

 

 

Furunkulyoz xəstəliyinin risk faktorlarına diqqət çəkən Nərminə xanım bildirdi ki, hər kəsdə, o cümlədən sağlam insanlarda da Furunkulyoz xəstəliyi (çiban) və ya karbunkul yarana bilər. Xəstəliyin risk faktorlarına gəlincə, həkim stafilokok infeksiyası olan bir şəxslə sıx əlaqədə olmanı, diabet xəstəliyini, digər dəri xəstəliklərini və zəif immun sistemini qeyd etdi.

 

Həkim furunkulyoz xəstəliyinin fəsadlarına qan zəhərlənməsi kimi tanınan yayılan infeksiyasının, ürək və sümük kimi infeksiyaların daxil olduğunu vurğulayıb. Xəstəliyin qarşısının alınmasına gəlincə, bildirdi ki, xüsusilə zəif immun sistemində furunkulyoz xəstəliyinin qarşısının alınması mümkün deyil:

 

 

“Ancaq müəyyən tədbirlər stafilokok infeksiyalarından qorunmanıza kömək edə bilər. Bu tədbirlərə əllərin mütəmadi olaraq sabunla yuyulması, yaxud tez-tez spirt əsaslı əl təmizləyici vasitə istifadə, yaraların bağlanması, şəxsi əşyaları başqaları ilə paylaşmamaq daxildir. Qeyd edim ki, Furunkulyoz xəstəliyinin müalicəsi onların şiddətindən asılı olaraq dermatoloq tərəfindən təyin edilir. Klinikamızda mütəxəsis dermatoloqlar fəaliyyət göstərir və bu xəstəliklə üzləşənləri müalicə üçün klinikamıza dəvət edirəm. Məlumat üçün deyim ki, Furunkulyoz xəstəliyinin ilkin mərhələsində vacib sayılan tədbirlər görülməlidir. Məsələn, məruz qalan əraziyə gündə bir neçə dəfə, hər dəfə təxminən 10 dəqiqə isti bir dəsmal kompres edilməlidir. Bu, çibanın deşilməsinə və iltihabın daha tez axmasına kömək edir. Eyni zamanda, heç vaxt özünüzü sıxmamalısız. Çünki bu, infeksiyanın yayılmasına səbəb ola bilər. Ən vacibi isə budur ki, inyefsiyanın yayılmasının qarşısını almaq lazımdır. Bir furunkulyozu müalicə etdikdən sonra əllər yaxşıca yuyulmalıdır. Həmçinin, yoluxmuş nahiyəyə toxunan paltarlar, dəsmallar və ya kompreslər yuyulmalıdır, xüsusən də təkrar infeksiyalar varsa”.

 

 

 

QEYD:


Ailə həkimi Nərminə Abbasova Furunkulyoz – çiban xəstəliklərdən şikayəti olan hər kəsi rəhbəri olduğu MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinə dəvət edir. Burada sizi mütəxəsislər qarşılayacaq.
Maraqlananlar aşağıda göstərilən əlaqə nömrələri ilə əlaqə saxlasınlar:

TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96
ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.



PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

İqtisadi tarazlıq nə zaman pozulur?

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Parlament seçkisi ilə bağlı daha bir ANONS

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

RAYS Azərbaycanda piratçılığa qarşı: Hamı ödəməli olacaq!

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

"Quru sərhədinin açılması ilə bağlı məqam hələ yetişməyib"

Elmira Süleymanova dəfn olundu

MDU-da ustad dərsləri

Qərbi Azərbaycan İcmasından ABŞ Dövlət Departamentinə CAVAB

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ