Yaz günəşi dəri üçün təhlükəlidir

16:04 03-04-2024 | icon 353 | Sağlamlıq
Yaz günəşi dəri üçün təhlükəlidir

Mart-aprel günəşi sağlamlıq üçün faydalı olsa da, üz və bədən dərisi üçün təhlükəlidir, məhz bu aylar dəri güclü UV şüalara ciddi məruz qalır.

 
 
 
Həkim kosmetoloq Vikrotoriya Oşepkova məhz bu aylarda dərini qorumağın vacibliyini bildirib.
 
 
“İlk yaz Günəşinin işığı çox güclü ultrabənövşəyi şüalanma verir. Baxmayaraq ki, hava hələ sərin və tutqundur, ümumi sağlamlıq təhlükədədir. Yaz günəşi açıq havada, dəniz kənarı, dağlıq ərazidə dərini qızardır və günəş yanmalarına səbəb ola bilər. Uzun müddət açıq havada günəş işığına dərinin məruz qalması dərinin vaxtından əvvəl qocalmasına, qırışmasına və ləkələnməsinə, xarici görünüşünün hətta geridönməz pisləşməsinə səbəb ola bilər. Ultrabənövşəyi şüaların təhlükəli tərəfi odur ki, o uzun müddət yığılır və sonradan dəri xərçənginə yol aça bilir".
 
 
 
Neqativ təsiri azaltmaq üçün yazda bu tədbirləri görməliyik:
 
 
- Yüksək SPF tərkibli kremləri üz, boyun və açıq sahələrə çəkmədən evdən çıxmayın
 
- Bədəni və üzü gündən qoruyan geyim, papaq və s. istifadə edin
 
- Səhər 11-dən günorta 3-ə kimi açıq havada aktiv fəaliyyəti azaldın
 
- SPF kremi hər 3 saatdan bir yeniləyin
 
- Xalları günəşdən qoruyun
 
- Dərini maksimum nəmləndirin

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Azərbaycan burada bir bəhanədir, əsas məqsəd...

COP29 tədbirləri çərçivəsində YENİLİKLƏR

Ermənistan Azərbaycanla şərti sərhəddə "səlibçi" bayraqlarını endirdi

Azərbaycana buraxılmayan “arzuolunmaz şəxs”lərin SAYI

Vitse-spikerdən TƏKLİF

Diqqətlər ABŞ-a yönəldi

Qarabağ Universitetində 50 nəfər işlə təmin edilib

129 nömrəli məktəbdə  maarifləndirici tədbir

YYSİB-dən eko-layihə

Deputatdan bankların tələbləri ilə bağlı TƏNQİD

Neftçalada ev sahibi ilə birgə YANDI

Azərbaycanda İLK

Rəqəmsal məlumat platforması İSTİFADƏDƏ

Ödəmə terminalından oğurluq etmək İSTƏDİ

Bu universitetə rektor TƏYİN EDİLDİ