Göz damarlarını qidalandıran qara sarımsaq

15:30 08-04-2024 | icon 442 | Sağlamlıq
Göz damarlarını qidalandıran qara sarımsaq

Gözdə görmə zəifliyi, ağır göz xəstəliklərinin bir səbəbi də göz damarlarının qan dövranının pozulması və torlu qişanın, göz almasının qanla təchizatının zəifləməsidir.

 
 
 
Rusiyalı oftalmoloq Mixail Konovalov torlu qişanı qidalandıran xırda damarların vəziyyətini yaxşılaşdırmaq üçün tövsiyə verib.
 
 
“Sarımsaqda allisin adlı maddə var, məhz o, torlu qişanın sağlamlığına təsir edir. Allisin qanda oksid azotun miqdarını artırır, nəticədə damarlar genişlənir, gözün qanla qidalanması yaxşılaşır, görmə itiliyi qorunur.
 
 
Allisinin antibakterial təsiri müxtəlif göz iltihabi və bakterial xəstəlikləri ilə mübarizə aparır. Allisin stafilakokk və Escherichia coli kimi bakteriyaları öldürə bilər. Allisin virus infeksiyalarında da kömək edir. Antioksidant təsir edib, hüceyrələri yeniləyir.
 
 
Allisin qanda, damarlarda pis xolesterinin səviyyəsini azalda da bilir. Amma gözlər üçün adi sarımsaqdan da faydalısı qara sarımsaqdır.
 
 
Qara sarımsaq adi sarımsağın müəyyən şərtlərdə fermenasiyasiyasından alınır.
 
 
Bu zaman kimyəvi reaksiyalar baş verir və bu sarımsağın tərkibi və təsirini dəyişir.
 
 
Sarımsaqda yaranan yeni birləşmələr daha güclü təsir edir və gözləri qoruyur. Qara sarımsağı yedikdə ağızdan spesifik qoxu da gəlmir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI