“Amerika ilə Fransa Rusiya ilə gizli danışıqlara gedəcək”

14:21 09-04-2024 | icon 311 | Siyasət
“Amerika ilə Fransa Rusiya ilə gizli danışıqlara gedəcək”

Rauf Məmmədov: “Azərbaycanın gücünü sındırıb öz şərtlərinə tabe etmək istəyirlər”

 

Avropa İttifaqı, ABŞ, Fransanın region maraqları Cənubi Qafqazda Ermənistan üzərindən gərginlik saçmaqda davam edir. Proseslər Ermənistandan poliqon kimi istifadə edilərək regionda Azərbaycana qarşı təsir və təzyiqlərin çoxalması ilə diqqət çəkir. Azərbaycan-Ermənistan arasında sülhün deyil, gərginliyin qalmasında maraqlı olan güclər 44 günlük savaşdan sonra mövcud reallığı dəyişmək üçün əllərindən gələni edir, sərhəddə təxribatlar törədirlər. Digər tərəfdən, İran bu prosesdə Qərbin Ermənistanı dəstəkləyən Brüssel görüşünü susqunluqla qarşılamaqla yanaşı, üstəlik İsraili bəhanə edərək Baknı bombalayacağı ilə hədələyir.

 

Region hansı təhdidlə üz-üzədir?

 

Versus.Az xəbər verir ki, bu istiqamətdə şərh verən politoloq Rauf Məmmədov bölgəni yeni müharibə təhlükəsi gözlədiyini deyib. Bildirib ki, Azərbaycanın öz iradəsini ortaya qoyaraq torpaqlarını işğaldan azad etməsi Minsk qrupunda olan ABŞ, Fransa, Rusiya və digər Avropa dövlətlərinin, eləcə də İranın xoşuna gəlmir.

 

Onun sözlərinə görə, İran da daxil olmaqla Avropa, Qərb Turan Birliyini istəmir:

 

“Ona görə də bu oyunları oynayırlar. Azərbaycanın gücünü sındırıb öz şərtlərinə tabe etmək istəyirlər. Bu dövlətlər 30 il Ermənistan-Azərbaycan münaqişəni dondurmaqla bölgədə vəziyyəti idarə edirdilər. İndi də Rusiyanı bu prosesə daxil edərək prosesi canlandırmaq istəyirlər”.

 

Politoloq hesab edir ki, Qərb-Rusiya qarşıdurmasından danışsalar da, Amerika ilə Fransa Rusiya ilə gizli danışıqlara gedəcək. Məqsəd regionda gərginliyi saxlamaq, Ermənistanın çaşıb Azərbaycanla sülh müqaviləsi bağlayacağı təqdirdə onun qarşısını almaqdır:

 

“Çünki Ermənistan-Azərbaycan arasında sülh müqaviləsinin bağlanması bu qüvvələrin regiona girməsi, burada qalmasını mümkünsüz edir. Ona görə də Rusiyanı da öz yanlarına çəkirlər. Amerikanın hərbi idarəsinin rəsmisinin bu yaxınlarda verdiyi bəyanatda da bildirildi ki, Rusiyasız Cənubi Qafqaz regionunda heç nə edə bilməzlər. Faktiki olaraq bu o deməkdir ki, Minsk Qrupunda olduğu kimi, Rusiyanı da yanlarına çəkəcəklər. Bu qüvvələrin regionda ümumi maraqları Türk Birliyinin yaranmasına qarşı çıxmaq, Orta Asiya, Orta yol - Zəngəzur dəhlizinin qarşısını almaqdır. Ona görə də aktivləşiblər. Bilirlər ki, Avrasiyada yeni bir güc mərkəzi yarana bilər. Ona görə də indidən Azərbaycanın üzərinə düşüblər”.

 

R.Məmmədov hesab edir ki, bu gün Rusiya-Qərb-İran Qərb qarşıdurması ilə bağlı məsələlərin ortaya atılması ictimaiyyəti çaşdırmaq üçündür. Onun fikrincə, İran da daxil olmaqla bu güclərin qarşıdurması Azərbaycana, Türkiyəyə qarşı uzlaşır:

 

“Ona görə də İran Cənubdan gələn terrorist qrupların, Hindistandan miqrantların, silahların daşınmasına şərait yaradacaq. Bu, regionda böyük qarşıdurmanın yaranmasına səbəb olacaq və həmin qüvvələr öz qoşunları ilə regiona gələcəklər. Bütün bu faktlar müharibə ehtimalından xəbər verir. Müharibədən istifadə edərək regiona yerləşmək, Azərbaycanı sıxışdırıb əvvəlki ATƏT-in Minsk Qrupunu bərpa eləmək, vəziyyəti əvvəlki duruma gətirməkdir. Ermənistan da bu qüvvələrin yanında olacaq və İranla ortaq məxrəcə gələcəklər”.

 

R.Məmmədov bu prosesdə Gürcüstanın da Fransanın, Amerikanın təsiri altında hərəkət edəcəyini bildirib. O, hesab edir ki, Gürcüstan Fransanın 5-ci kalonudur və onun istəklərini icra edəcək.

 

R.Məmmədov bildirib ki, Pakistan, Türkiyə Azərbaycanla birlikdə olsalar Qərbin regiona yönələn təsirlərinin heç bir nəticəsi olmaycaq:

 

“Əgər müharibə olarsa, Azərbaycan Ermənistanın içərilərinə qədər keçməyə haqq qazanacaq. Regionda təhlükəli oyunlar gedir. Qərb, Avropa Ermənistanı ağır, müasir silahlarla silahlandırır. O silahlarla Bakını da vura bilərlər. Azərbaycanla Türkiyə bu qüvvələrə qarşı axıra qədər duruş gətirə bilsələr onları məğlub edəcəklər. Üzü yaya doğru qarşıdurma yarana bilər. Çünki artıq hər tərəfdən sıxışdırma var. Türkiyənin içərisində də vəziyyət qarışdırılır. Müxalifətin seçkilərdə qalib gəlməsi, PKK-nın fəallaşması, PKK-nın Ermənistanın sərhədlərinə yerləşdirilməsi və sair bu kimi hallar ümumi prosesin tərkib hissəsidir. Məqsəd Zəngəzur dəhlizinin aşılmasına maneə olmaq, Orta Yol – “Bir kəmər Bir yol” layihəsində nəzarəti ələ keçirmək, Azərbaycanla Türkiyəni bu layihədən kənarda saxlamaq və yaxud Ermənistan, Gürcüstan, İran, Hindistandan keçən alternativ layihəni gerçəkləşdirməkdir. Dünyada böyük güclərin qarşıdurması gedir. Həmin güclər ABŞ-ın Hindistandan dənizlərə keçərək İsrailə, ordan Aralıq dənizi vasitəsi ilə Avropaya gedən alternativ layihənin qaşısını aldılar. Buna qarşı olan güc Fələstində müharibə yaratdı. İndi onlar bunun əvəzində Türkiyə Azərbaycan vasitəsi ilə gedən orta yol xəttində qarşıdurma yaratmaq istəyirlər”.

 

LƏMAN
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

"Ulu öndərin işığında" - TƏQDİMAT

Seçkiöncəsi ŞOK

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq