“Bu, İranın Türk Birliyi qorxusundan irəli gələn məqamlardır”

14:58 09-04-2024 | icon 324 | Siyasət
“Bu, İranın Türk Birliyi qorxusundan irəli gələn məqamlardır”

Rəşad Bayramov: "İranın İsrailin Bakıdakı səfirliyi ilə bağlı bəyanatı cəfəngiyyatdır"

 

“Azərbaycana qarşı hədələr yağdıran, İsrail-Azərbaycan münasibətlərinə qısqanclıqla yanaşıb absurd bəyanatlarla çıxış edən İran bu gün sərhədləri yaxınlığında ABŞ-la Ermənistanın birgə təlimlərinə susur, ayrı-ayrı ölkələrin kəşfiyyat qruplarının “müşahidə missiyası” adı altında düz sərhədlərində yerləşməsinə səssiz yanaşırsa, bunun arxasında gizli sövdələşmələr var”.

 

Versus.Az xəbər verir ki, bunu politoloq Rəşad Bayramov İranın Brüssel görüşünə yanaşması, Azərbaycana qarşı İsrail səfirliyi üzərindən hədələri ilə bağlı açıqlamasında bildirib.

 

R.Bayramov bildirib ki, İran indiki vəziyyətdə Ermənistanın ondan asılı vəziyyətdə olduğunu yaxşı dərk edir:

 

“İran Avropa İttifaqının Ermənistan maraqları ilə ortaq mövqedən çıxış edir. İran Rusiyadan sonra boşalacaq yerləri hansısa formada doldurmaq imkanı əldə edəcəyini, bu gün Rusiyanın Ermənistanın enerji təhlükəsizliyində, qida təhlükəsizliyində oynadığı rolu öz üzərinə götürmək niyyəti güdür. Eləcə də Qərbin antiRusiya maraqlarından çıxış edərək, öz üzərində olan sanksiyaların yumşaldılmasına və enerji məhsullarının Avropa bazarlarına çıxardılmasına imkan qazanmaq istəyir.  Bu fonda hələ də Hindistan silahlarının İran ərazisindən Ermənistana çatdırılması, hələ də baş verənlərlə bağlı susması baş verənlərin bariz nümunəsidir”.

 

İranın İsrailin Bakıdakı səfirliyini hədəfə alması ilə bağlı bəyanatlarına gəlincə, politoloq bunu boş cəfəngiyyat adlandırıb:

 

“İran tərəfindən mütəmadi olaraq belə bəyanatlar verilib. İranın öz ərazisindən İsrailə qarşı hər hansı addım atmayıb, atması da mümkün deyil. İran maksimum “İraq şiyə milisləri” qruplaşmasından, Husilərdən, “Hizbullah” və başqa proksi qüvvələrdən istifadə edərək İsrailə qarşı addımlar ata bilər. Bu mövqelərin rəsmi olmasa da İranın ayrı-ayrı media qurumları, dini nümayəndələri tərəfindən nümayiş olunması Türk Birliyi qorxusundan irəli gələn məqamlardır. Bu gün İran Ermənistana dəstək verməklə, Qərbin Ermənistan vasitəsilə regiona yaxınlaşmasna loyal yanaşmaqla Fransanın antitürk siyasətinə ortaq çıxır. Hər iki dövlətin qorxuları eynidir. Fransa böyük türk dünyası birliyindən çəkinirsə, hər zaman antitürk mövqeyidən çıxış edirsə, İran da eyni şəkildə Türk dünyasının birliyi və nəticə etibarilə Cənubi Azərbaycana təsiri fonunda maksimum antiAzərbaycan mövqeyinin gücləndirilməsinə çalışır. Amma buna nail olması mümkün deyil. Çünki İran əhalisinin az qala yarısı azərbaycanlılardan ibarətdir və burda bəyanatların səslənməsi, Azərbaycanla əks mövqe səslənməsi əks effekt verir”.

 

LƏMAN
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI