2025-ci ildə Bakıda Avropa çempionatı keçiriləcək

18:24 09-04-2024 | icon 405 | İdman
2025-ci ildə Bakıda Avropa çempionatı keçiriləcək

Badminton üzrə qarışıq komandalar arasında Avropa çempionatı 2025-ci ildə Bakıda keçiriləcək.

 

Versus.Az xəbər verir ki, bu barədə Avropa Badminton Federasiyası rəsmi saytı vasitəsilə məlumat yayıb.

 

Federasiyanın prezidenti Sven Serre qərarlarında Azərbaycanda badminton tədbirlərinin yüksək səviyyədə təşkil olunmasının mühüm rol oynadığını açıqlayıb:

 

“Azərbaycan Badminton Federasiyası ilə əməkdaşlığımız həmişə məhsuldar olub. Onların mükəmməlliyə həvəsi yüksək səviyyədə ev sahibi olmalarına səbəbdir. Avropanın ən yaxşı idmançılarının iştirak edəcəyi turniri gözləyən Bakıya, Azərbaycana qayıtmaqdan məmnunuq”.

 

Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadov da öz növbəsində qərara münasibətini bildirib:

 

“Bakının Avropa çempionatına ev sahibi kimi seçilməsi xəbəri məni çox həyəcanlandırır. Avropa badmintonunun uğurunu birlikdə qeyd etmək və Bakıda daha bir unudulmaz təcrübə üçün bütün komandaları salamlamağı səbirsizliklə gözləyirik”.

 

Avropa Badminton Federasiyası 2024-cü ildə yeniyetmələr arasında Avropa çempionatının İspaniyanın İbiza adasında keçirilməsini qərara alıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI