“Əgər bu bizim milli maraqlarımıza təsir edəcəksə…”

14:23 17-07-2024 | icon 1035 | Siyasət
“Əgər bu bizim milli maraqlarımıza təsir edəcəksə…”

Ramil Hüseynov:Ağıllı ölkələr Azərbaycan üçün təhlükə yaradacaq addımın atılmasına rəvac verməz

 

“ABŞ bu təlimləri keçirməklə regionda özünün söz sahibinə çevrilməsini və təsir imkanlarına malik olduğunu göstərmək istəyir. Əgər bu bizim milli maraqlarımıza təsir edəcəksə, buna siyasi mövqeyimiz, diplomatik yanaşmamız olmalıdır”.

 

Bunu Versus.az-a “Yeni Xətt” Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov ABŞ-ın Ermənistanda keçirdiyi hərbi təlimlərin məqsədləri ilə bağlı şərhində deyib.

 

 

R.Hüseynov qeyd edib ki, ABŞ -ın Ermənistanda keçirdiyi hərbi təlimlər sülhə hazırlanan region üçün yaxşı nəsə vəd etmir.

 

Geopolitik baxımdan regionumuzun xüsusi əhəmiyyətə malik bir coğrafiya olduğunu vurğulayan R.Hüseynov bildirib ki, ABŞ və digər nəzərdə tutduğumuz ölkələrin də regiona bu cür həssaslıqla və bəzən də çox açıq formada siyasi həyasızlıqla yanaşması bundan irəli gəlir:

 

“Bu, iqtisadi maraqları güdmək üçün nəzərdə tutulan addımlardır.

Xüsusilə də Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb bölgəni özünün nəzarəti altına salmaq üçün illərdir oyunlar quran ABŞ, bu regiondan keçən qlobal iqtisadi layihələrə nəzarət etmək üçün aranı qarışdırır. Bunün üçün də bir tərəfdən Ermənistanı silahlandırır, “hərbi təlim manevrləri” ilə Rusiyaya qarşı soyuq müharibəni davam edir, digər tərəfdən Azərbaycana əzələ nümayiş etdirir”.

 

R.Hüseynov hesab edir ki, ABŞ-Rusiya maraqları Ermənistan üzərində toqquşsa da, şübhəsiz ki, bunun fəsadları Azərbaycan-Ermənistan arasında gözlənilən sülh danışıqlarına mənfi təsirini göstərəcək. Onun fikrincə, Ermənistana qarşı belə mövqenin olması, revanşist addımlara həvəsləndirilməsi, yaxud militarizasiya məsələsində hərbi kompaniyaların gücləndirilməsinin arxasında çox ciddi, dayanıqlı, sabit təsir dairəsinə malik olmayan bir siyasət dayanır. Onun sözlərinə görə, Azərbaycanın regionda daha böyük əhəmiyyətə malik olması, eləcə də Avropa ilə Asiyanı, Mərkəsi Asiya ilə Qafqazı birləşdirən, Çin, Hindistan, yaxud Orta Şərqə gedən yolun mərkəzində olması və sair mühüm məsələlər ABŞ-ı narahat etməyə bilməz.

 

Mərkəz rəhbəri eyni zamanda bildirib ki, hərbi təlimlər Avropa İttifaqı, ABŞ-Ermənistan rəsmilərinin 5 aprel görüşünün nəticəsidir. Onun sözlərinə görə, revanşist, miletarist qüvvələri silahlandırmaqla özünü “sülhyaradıcı missiya” kimi Cənubi Qafqaza sırımaq, Ermənistanın təhlükəsiziliyini qorumaq bəhanəsi ilə Azərbaycana qarşı təsir rıçaqlarını artırmağı hədəfləyən ABŞ, hazırki reallıqda hansı dövlətin yanında durduğunu yaxşı götür-qoy etməlidir:

 

“Çünki terrorçu, işğalçı, heç bir iqtisadi, siyasi potensialı olmayan Ermənistanın yanında yer alan ABŞ bu minvalla nəinki Cənubi Qafqaz maraqlarını qoruya biləcək, əksinə, demokratik, beynəlxalq hüquqları qoruyan dövlət olaraq özünün imicini tamamilə itirəcək, regionla bağlı istəkləri suya düşəcək. Təbii ki, Amerikanın attdığı addımlarda da bir manipulyasiya cəhdi var. Burda siyasi manevrlər daha çox görünür. ABŞ-ın bu mövqeyində qeyri-sabit, ardıcıl olmayan siyasi xəttin yürüdülməsi əslində bu ölkənin özünün nüfuzuna təsir edir, hegemon dövlət kimi dünyanın bir nömrəli güc mərkəzi ciddiyyətini itirir. Hesab edirəm ki, ABŞ rəhbərliyi də bunun fərqindədir.

 

ABŞ-ın timsalında Qərbin, Fransanın timsalında Avropanın 44 günlük savaşdan sonra ölkəmizə qarşı sərgilədiyi aqressiya, qərəzli çıxışlar, AŞPA-da əleyhimizə qəbul etdikləri qətnamə və bəyanatlar həmin güclərin bölgədə gərginliyi saxlamaq, sülhə maneə yaratmaq iddiasıdır və belə təlimlər həmin siyasətin davamıdır. Artıq ABŞ-ın silahlandırma, hərbi təlimlərlə həvəslndirdiyi işğalçı Ermənistan sülh prinsiplərindən imtina etməklə öz əsl simasını bir daha göstərmiş oldu. Bütün sahələr üzrə Rusiyadan asılı olan Ermənistanı almaq üçün bu gün Fransa, ABŞ kimi dövlətlər onu caynağına salmaq üçün didrlər. Bu, Ermənistanın özünə də yaxşı nəsə vəd etmir. Çünki Ermənistandakı vəziyyətin Ukrayna, Livan, Suriya ilə paralelləşdirilməsi müşahidə olunur. Ukrayna-Rusiya müharibəsində Qərbin sərgilədiyi mövqeni və daha çox hansı dövlətlərin zərər gördüyünə baxsaq, bu siyasətin davamı Ermənistanla bağlı işləyə bilər. Bu isə Qərbin, Avropanın müəyyən missiya qruplarının Ermənistana yerləşməsi və bununla da regionda Qərb-Rusiya toqquşmasının gərginləşməsinə apara bilər. Bu vəziyyət özlüyündə Azərbaycana, bütövlükdə regiona, qlobal iqtisadi layihələrin fəaliyyətinə öz təsirini göstərəcək. “ABŞ əslində deyir ki, biz Cənubi Qafqazdan keçən mühüm iqtisadi layihələrdə yoxuqsa, region nələr gözləyə bilər” mesajını verir və regonun hakimi olmaq üçün manevrlər edirik. Lakin Azərbaycanın milli mövqeyi bəlli və qətidir. Regionun təhlükəsizliyi ilə bağlı gərginlik açq fazaya keçərsə, öz qəti sözünü deyəcək.   

ABŞ bu mənada Ermənistanın sülh prosesinə adekvat cavab verməməsi üçün əlindən gələni edir. ABŞ-ın Cənubi Qafqaz maraqlarının arxasında Rusiyanın bölgədən sıxışdırılması ilə yanaşı, iqtisadi layihələrdə özünün iştirakını və hegemonluğunu təmin etmək durur. Ermənistanla sülh müqaviləsinin imzalanması həm də Zəngəzur dəhlizinin açılmasına doğru mühüm addımdır. Azərbaycanın Çindən başlayan və Avropanın Şimalından Qərbə qədər uzanan “bir kəmər, bir yol” iqtisadi layihəsi ABŞ-ı mühüm əhəmiyyətə malik bu prosesdən kənarda qoya bilər. ABŞ özünün iqtisadi maraqlarını logistik mərkəzin yerləşdiyi bölgədə təmin etmək, özünün hegemonluğunu burada da isbat etmək üçün Ermənistanı alət etməkdən çəkinmir”.

 

 

ABŞ-ın bu cür təlimlərinin miqyasına görə kiçik olduğunu qeyd edən R.Hüseynov Ermənistanın Rusiyanın lider olduğu hərbi alyansdan çıxmadan təlimlərə başlamasını da absurd sayıb. Onun sözlərinə görə, bu gün Azərbaycanın regionda xüsusi əhəmiyyətə malik olması və dünya dövlətləri sırasında özünə qarşı müsbət mənada dəyişən mövqeni formalaşdırdığı bir dönəmdə mütləq mənada maraqlarımız və Azərbaycanın mövqeyi nəzərə alınmalıdır və alınacaq. Mərkəz rəhbəri vurğulayıb ki, burda həm də Ermənistanın kimlərinsə əlində aşırı alçaldıcı formada istifadə olunması diqqətdən yayınmamalıdır.

 

R.Hüseynov deyib ki, bu gün regionda bu cür manevrlərin qarşısında dayanan daha ciddi faktorlar var. Belə ki, Azərbaycan-Türkiyə qardaşlığı bu regionda həm siyasi, həm digər mənalarda çox önəm daşıyan bir faktordur:

 

“Türk Dövlətləri Təşkilatı bu məsələlərin fonunda xüsusi önəm daşıyır. Şuşada türk dövlətlərinin keçirdiyi tədbir qeyri-rəsmi olsa da, dünyaya çox ciddi bir mesaj idi. Mən belə hesab edirəm ki, ağıllı ölkələr Azərbaycan üçün təhlükə yaradacaq hər hansı bir addımın atılmasına rəvac verməz. Amma hər halda iqtisadi maraqlar var və regionda toqquşur. Bu maraqların təmin olunması, həyata keçirilməsi üçün müəyyən manevrlər olur və bundan sonra da olacaq. Bizim mövqeyimiz bəlli, siyasi xəttimiz bəllidir. Regionda sülhün, dayanıqlı inkişafın bərpası üçün ölkəmizin atdığı addımlar artıq hər kəs tərəfindən qəbul olunub. Bu siyasi addımları atan, bu uğurları əldə edən dövlət və onu bu səviyyəyə çatdıran siyasi rəhbərlik, dövlət başçısı var. Ona görə də bu cür məsələlərdə hər halda indiyə qədər mükəmməl şəkildə həyata keçirilmiş bu siyasi uğurların nəticəsi olaraq davamı gələcək. Azərbaycan üçün başqa bir dövr - inkişaf dövrü yaranıb. Bu dövr dövlətimizi gücləndirən dövrdür. Bu dövrün sürətlə getməsi üçün hamı bu prosesdə öz əməyini, səylərini göstərməlidir”.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...