Namiq Qaraçuxurlu konsert turuna BAŞLAYIR
Məşhur meyxanaçı Namiq Qaraçuxurlu konsert turuna başlayır.
Versus.Az xəbər verir ki, tanınmış sima fərqli formada xalqa müraciət edərək Gəncə, Naxçıvan və Lənkəranda solo konsert verəcəyini bildirib.
Bunun üçün Qaraçuxurlu illər əvvəl ifa etdiyi “Rəvayət”i çağdaş dövrdə lentə aldırıb, həmin ab-havanı yaratmağa çalışıb.
Rəvayət deyən sənətçi Azərbaycan turuna çıxacağını musiqili formada təqdim edir.
İlk konsert Gəncədə, mayın 12-i Gəncə Dövlət Flarmoniyasında olacaq.
Daha sonra növbəti ünvan 18 may, Naxçıvandakı Heydər Əliyev Sarayı, 26 may tarixində isə Lənkərandakı Olimpia İdman Kompleksində səhnəyə çıxacaq.
Gəncə üçün biletləri “İticket.az”, Naxçıvan və Lənkəran üçün şəhər kassalarından bilet əldə edə bilərsiz.
Qeyd edək ki, təşkilatçı şirkət “JamMedia”dır.
Ayəndə Dadaşova
versus.az
Xəbər lenti
Moskvanın mərkəzində baş verən atışmadan XƏBƏR VAR
Hadisdə yaralanan və ölənlərin sayı artıb