Ağırlıqqaldıranımız Dünya Kubokunda üç gümüş medal qazandı

22:28 10-04-2024 | icon 380 | İdman
Ağırlıqqaldıranımız Dünya Kubokunda üç gümüş medal qazandı

Tailandın Phuket şəhərində keçirilən ağırlıqqaldırma üzrə Dünya Kuboku başa çatmaq üzrədir.

 

Versus.Az xəbər verir ki, Paris 2024 Olimpiya Oyunlarına lisenziyaxarakterli son turnirdə 110 ölkədən 449 (228+231) atlet iştirak edir. Yarışa Azərbaycan yığma komandasının üzvləri də qatılıblar.

 

Bu gün onlardan sonuncusu - Dadaş Dadaşbəyli körpücük üzərinə qalxıb. O,109 kiloqram çəki dərəcəsində yarışıb. 

 

Atletimiz birdənqaldırma hərəkətində 177 kiloqramı ram edib və bu hərəkətdə gümüş medala sahib çıxıb.

 

O, təkanlaqaldırma hərəkətində 211 kiloqramın öhdəsindən gəlib və bu hərəkətdə də eyni uğura imza atıb.

 

Toplam 388 kiloqram (177+211) nəticə göstərən Dadaşbəyli yekun sıralamada da ikinci yeri tutub və yarışı üç gümüş medalla başa vurub.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI