DREAM Fest 2024-ə 100 gün qaldı

10:52 14-04-2024 | icon 392 | Şou-biznes
DREAM Fest 2024-ə 100 gün qaldı

Yayın ən böyük tədbirinə, DREAM Fest 2024 möhtəşəm açıq havada keçiriləcək musiqi festivalına cəmi 100 gün qalıb!

 

Versus.Az xəbər verir ki, iyulun 23-28-də Xəzər dənizinin sahilində yerləşən Sea Breeze Resort premium kurort kompleksində MDB ölkələri, Türkiyə, Böyük Britaniya, Avropa və Kanadadan məşhur musiqiçilər çıxış edəcəklər.

 

Xəzərin sahilində yay tətilini artıq ənənəvi olan musiqi festivallarsız təsəvvür etmək mümkün deyil. Bu il yay tədbirlərinin təqviminə yeni formatda və daha geniş coğrafiyası olan DREAM Fest 2024 festivalı əlavə olunacaq. Bir sıra hedlaynerlərin adları artıq müəyyən olunmuşdur. Onların arasında pop musiqisinin tarixində ən görkəmli prodüserlərdən biri olan, 16 Grammy mükafatının sahibi Devid Foster; 70-ci illərin əfsanəvi musiqiçisi Engelbert Hamperdink; 90-cı illərin ulduzu Dr. Alban və 2000-ci illərdə yer alan Kreyg Devid; MDB ölkələrində birinci dəfə ən yaxşı remiks kategoriyasında Grammy mükafatının sahibi olan fenomenal DJ İmanbek; Bakıda ilk dəfə Cek Savoretti və İmani çıxış edəcəklər.

 

Festivalın birinci günü tanınmış Celentano tribute show baş verəcək. Bu lineup-a yeni adlar davamlı olaraq əlavə edilməkdədir. Paytaxtımıza tez-tez gələn musiqiçilər və Azərbaycan pop musiqisinin sevimli ulduzları keyfiyyətli musiqi və enerjili performanslarla tamaṣaçıları sevindirəcək, beynəlxalq səviyyədə tanınan DJ-lər isə dünya hitlərini ifa edəcəklər. Altı gün ərzində Sea Breeze Resortda bir neçə nəslin ən çox qulaq asdıĝı mahnılar səslənəcək.

 

Yerləşməsinə və Avropa səviyyəli infrastrukturuna görə Sea Breeze Resort dünya turizm xəritəsində layiqli yer tutmuşdur. Bundan əvvəl Sea Breeze-də keçirilən konsertlərdə olan tamaşaçı yeni təəssüratlar üçün təkrarən həmişə buraya qayıdır. Festival barədə anonsları rəsmi İnstagram akkauntunda izləyin və sevimli musiqiçilərin çıxışlarını qaçırmayın!

Bilertlər iticket.az saytında artıq satışdadır.

 

 

Ayəndə Dadaşova
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI