Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

21:11 14-04-2024 | icon 320 | Cəmiyyət
Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Fuad Əliyev: “Hüquq-mühafizə orqanları belə faktlara hər zaman operativ reaksiya verib”

 

Son zamanlar iş tapmaq problemə çevrilib. İş axtarışı zamanı fırıldaqçılarla qarşılaşmaq isə nəinki iş tapmamaq, üstəlik pul itkisinə də səbəb olur. Bəs bizi məşğulluq sahəsində hansı təhlükələr gözləyir və onlardan necə qaçmaq olar?

 

Artıq bir neçə ildir ki, fırıldaqçıların iş axtaran vətəndaşları aldatmaq üçün sadə üsula əl atmaları barədə çox eşidirik. Hüquq-mühafizə orqanları dəfələrlə əhalini ayıq-sayıq olmağa çağırsalar da, təəssüf ki, hələ də sadəlövhlər kifayət qədərdir. Fırıldaqçılar təcili işə ehtiyacı olanların hər şeyə inandıqlarını bildikləri üçün onları asanlıqla aldada bilirlər. Fırıldaqçılar tanınmış şirkətlərə iş elanları verir, bəzən bu məqsədlə saxta saytlar da yaradırlar. Vətəndaşlara qeydiyyat üçün müəyyən məbləğ ödədikdən sonra işlə təmin olunacağı vəd edilir. Bundan başqa, Qarabağda əhalinin yaşayış yeri ilə təmin olunması ilə bağlı saxta reklamlar da peyda olub.

 

Ötən il zərərçəkmişlərin çoxsaylı müraciətləri ilə əlaqədar əvvəllər məhkum olunmuş paytaxt sakini “TikTok”da  iş vədi ilə elanlar yerləşdirdiyinə görə saxlanılıb. O, 181 nəfəri aldadaraq onlardan külli miqdarda pul alıb.

Fırıldaqçılıqla təkcə virtual olaraq deyil, həm də sabun köpüyünə çevrilən bir məşğulluq firmasına etibar etməklə qarşılaşa bilərsiniz.

 

Məsələ ilə bağlı açıqlama verən Müstəqil Həmkarlar Birliyinin (MHB) rəhbəri Fuad Əliyev bildirib ki, Birlik mövcud olduğu bir il ərzində məşğulluq sahəsində dələduzluq faktı ilə üzləşmiş 4 nəfər quruma müraciət edib:

 

“Onlar kömək istədilər, biz öz növbəmizdə hüquq-mühafizə orqanlarına müraciət edərək yardım etdik. Əvvəllər tez-tez belə hallar olurdu ki, vətəndaşa müəyyən məbləğ ödəyəcəyi təqdirdə işə düzəltmək barədə fərdi qaydada söz verilirdi. Minlərlə manatdan söhbət gedir. Hal-hazırda iş tapmaqda kömək göstərməklə məşğul olan "bir günlük" şirkətlərinn yaradılması haqqında getdikcə daha çox eşitmək olar. Bizə şikayətlə gələnlər əlaqə saxladıqları şirkətlərin konkret ünvanını, telefon nömrələrini verdilər. Lakin təbii ki, o vaxta qədər orada heç kim yox idi. Həmin şirkətlər bağlanmışdır”.

 

F.Əliyev qeyd edib ki, yerli hüquq-mühafizə orqanları belə faktlara hər zaman operativ reaksiya verərək, dələduzları aşkar ediblər. Onun sözlərinə görə, bu şirkətlər vətəndaşların etimadını qazanır və onlardan blanklara, qeydiyyata və digər xidmətlərə görə pul alırlar:

 

“Məbləğlər dəyişir, 1000 manat, bəzən daha çox olur. Belə şirkətlərin işçiləri müştəriləri əmin edirlər ki, onlara yaxşı vakansiyaları olan şirkətlər müraciət edir. Əsasən özəl təşkilatlarda ofis işləri vəd edirlər. Lazım olan məbləği aldıqdan sonra müştərilərə “zavtrak” yedizdirməyə başlayırlar, sonra isə ofisləri tamamilə bağlayırlar. “Qurban” isə nə edəcəyini bilmir. Yəni işə düzəlməyib, pul itirib”.

 

F.Əliyev bildirib ki, MHB-yə təkcə işə düzəltmə dələduzluğu ilə bağlı müraciət edilməyib. Məsələn, xaricdə universitetdə oxumaq istəyən qız da saxtakarlıqla üzləşib:

 

“O, başqa ölkədə təhsil almaq istəyirdi, bunun üçün ona kömək edəcəyini vəd edən mərkəzə müraciət etdi. Onlar qızın Türkiyədə təhsil almasını təşkil etdiyinə görə 3500 manat pul tələb ediblər, amma heç bir iş görməyiblər. Bu bir il uzandı, sonra ona dedilər ki, daha 500 manat versə, Polşada oxuya bilər. Təbii ki, bunun saxta olduğu ortaya çıxdı. Bir il yarım gözlədikdən sonra o, bizə müraciət etdi və biz ona məbləğin böyük hissəsini qaytarmağa kömək edə bildik. Vətəndaşlarımıza məsləhət görərdim ki, xaricdə işləmək və ya təhsil almaqla bağlı şirkətlərə müraciət edərkən sayıqlıqlarını itirməsinlər. Təbii ki, bazarda vətəndaşlara həqiqətən kömək edən, onları xarici universitetlərə oxumağa göndərən agentliklər var. Bəs biz hansı şirkətin vicdanlı, hansının vicdansız olmadığını necə başa düşmək olar? Şübhəniz varsa, Müstəqil Həmkarlar Birliyi ilə əlaqə saxlamağınızı məsləhət görə bilərəm, yoxlayacağıq”.

 

F.Əliyev qeyd edib ki, MHB-nin şikayətçilərə göstərdiyi xidmətlər tam pulsuzdur.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI