Nura Surinin “Dünyaya qəribəm” klipi

15:07 15-04-2024 | icon 434 | Şou-biznes
Nura Surinin “Dünyaya qəribəm” klipi

Müğənni Nura Suri “Sevgimiz dənizdir”, “Sevirəm” adlı bir-birindən fərqli layihələrindən sonra dincəlmək niyyətində deyil.

 

Versus.Az xəbər verir ki, sənətçi bu dəfə fəlsəfi bir proyektə imza atıb. O, doğum günündə “Dünyaya qəribəm” adlı klipini təqdim edib.

 

Ekran işində həyatın fərqli yönlərinə vurğu edən Suri iki obrazda qarşımıza çıxır. İri qanadları ilə Qobustan qayalıqlarında gördüyümüz müğənni üçün paltar bir həftəyə hazırlanıb. Transparan bodi tərzində olan libasla o bu dünyadan olmadığını bildirmək istəyir. Digər səhnələrdə isə ifaçı şərq üslubunda olan bir məkanda görünür.

 

Klip sosial mesajları ilə diqqət çəkir. Məğlub və qalib, dilənçilər və tiktokerlər, cəmiyyətin müxtəlif varlı və kasıb təbəqələri, xoşbəxt və şiddət görən uşaqlar, evlənən və həyat yoldaşı şəhid olan xanımlar paralel şəkildə nümayiş etdirilib.


Klipin ssenari müəllifi və rejissoru Toğrul Rzayevdir. Mahnının sözləri Tofiq Sədrəddin, musiqisi isə Fərid Ağaya məxsusdur.

 

Layihə üzərində 50-dən çox komanda üzvü çalışıb. Çətin hava şəraitində günlərlə davam edən çəkiliş üçün Nura Surinin libaslarını modelyer-dizayner Nərgiz Qeybullayeva hazırlayıb. Fotoları isə Məhəbbət Nəsirov lentə alıb.

 

 

Ayəndə Dadaşova
versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Tütək səsi” filminin Tapdıqla Cümrüsü 50 il sonra...

Sumru Yavrucukun “Shirley Valentine”sı Bakıda...

COP29 dialoqlarına həsr olunmuş FİLM

Millimizin heyətində daha bir dəyişiklik baş verib

Onlara Nobel mükafatı verildi

Bakıda qazanxanada PARTLAYIŞ

Parlamentlərarası işçi qruplarına rəhbərlər SEÇİLƏCƏK

Buruntaqsız it gəzdirənləri gözləyən CƏZALAR

Külək güclənəcək - XƏBƏRDARLIQ

Beş min illik sirli qəbir...

Ölkəmizdə dayə xidməti necədir?

Sərnişindaşıma şirkətinə avtobuslarla bağlı GÖSTƏRİŞ

"Aygün fərqli planetdir"

Bağırsaq düyünlənməsi, müayinə və müalicəsi - MÜSAHİBƏ

Keçmiş döyüşçüdən Ali Baş Komandana MÜRACİƏT