Tibb elminə həsr olunmuş ömür...

17:18 15-04-2024 | icon 376 | Cəmiyyət
Tibb elminə həsr olunmuş ömür...

Zərifə Əliyeva nəciblik və mənəvi paklıq timsalıdır

 

 

 

 

 

KÖNÜL İSMAYILOVA
/Nizami rayon icra hakimiyyətinin məsul işçisi, MMP Siyasi Şura və İdarə Heytinin üzvü/

 

 

Elə şəxsiyyətlər var ki, onların ömür yolu haqqında söhbət açarkən istər-istəməz hansısa tarixi dövrün müəyyən ənənələrinin formalaşması prosesinin də iştirakçısına çevrilmiş olursan. Hər bir millət üçün fəxr olunası haldır ki, mənsub olduğu millətin tarixində unudulmaz şəxslər yaşayıb, yaradıb. Elə şəxslər ki, onların xalqı qarşısındakı xidmətləri əvəzolunmazdır. Belə insanlar həmin zirvəni qeyri-adi əməksevərliyi, təmənnasız xeyirxahlığı, fitri istedad, nadir bilik və qabiliyyətləri hesabına fəth edirlər. Məhz belə insanlardan biri də humanist insan, görkəmli ictimai xadim, oftalmoloq-alim Zərifə xanım Əliyevadır. O, gələcək taleyini tibb elminə həsr etməyi qarşısına məqsəd qoydu. Cəsarəti, əzmi ilə pillə-pillə məqsədlərinə doğru yüksəldi. Alim və oftalmoloq kimi şöhrəti hər tərəfə yayıldı. Praktik əməli həkim fəaliyyəti ilə yanaşı elmi axtarışlarını da davam etdirdi. Onun müalicə metodu bütün respublikada tətbiq edilirdi...

 

 

Zərifə xanım Əliyeva milli kadr hazırlığı prosesində də fəal iştirak edib. Səhiyyədə kadr hazırlığına və həkimlərin ixtisasının təkmilləşdirilməsinə gərgin əmək sərf edən alimin birbaşa rəhbərliyi altında cavan alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişdi. O, tələbələrinə zəngin həyat təcrübəsini öyrədir, onlara diqqət və qayğı ilə yanaşırdı. Onun həkim kimi fədakarlığı, yüksək vətəndaşlıq məsuliyyəti, səmimiliyi və qayğıkeşliyi, insanlara və onların problemlərinə göstərdiyi diqqət, fəal həyat mövqeyi ona həmkarlarının, yetirmələrinin və xəstələrinin dərin hörmətini qazandırmışdı.

 

 

Zərifə xanım Əliyeva ömrünün 62-ci baharında, 1985-ci il aprelin 15-də Moskva şəhərində dünyasını dəyişdi. 1994-cü ildə cənazəsi Bakıya gətirilərək Fəxri Xiyabanda dəfn olundu.

Allah rəhmət eləsin!

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI