Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

21:11 15-04-2024 | icon 333 | Cəmiyyət
Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65
 
 

Professor Mübariz Əliyevi tanıyanadək, zəruriyyət yaranarkən hansı cərraha müraciət etməkdə həmişə tərəddüt hissi keçirirdim. Qorxurdum ki, təsadüfi, naşı cərrahın əlinə düşərəm. Axı cərrahiyyə elə bir peşədir ki, həkimlər xəstələri öldürə-öldürə bu sənəti dərindən öyrənirlər. Arada qanın da batır. Necə deyərlər, sən o dünyalıq olursan, əvəzində yeni cərrah yetişir...

 
 
Bəzən mənə elə gəlir ki, professor Mübariz Əliyev məhz cərrah olmaq üçün doğulub. Uğurlu cərrahdır, necə deyərlər, əlləri şəfalıdır, elə bil, Allah onu yer üzünə Ölümü qabaqlamaq üçün göndərib. Necə deyərlər, onu harada göründüsə, Ölüm ünvanı dəyişməyə məcbur olur...
 
 
Bir neçə ay öncə təsadüfən boğazımda təxminən 7 sm civarında şişin olduğunu gördüm. Udlaq borusundan sol tərəfdə olan bu şiş, elə bil ildrım sürəti ilə əmələ gəlib. Nə ağrısı var idi, nə də gözə çarpması. UZİ-dən keçəndən sonra məlum oldu ki, təcili götürülməlidir. “Biopsiya”nın nəticəsi yaxşı çıxdığından bir az da ürəkləndim. Xoş xassəli şiş idi. Necə əməliyyat etdisə heç ruhum da incimədi. Qorxu, təlaş arxada qaldı…
Mehribandır- haradan gəlib, harada olduğunu və sonda haraya gedəcəyini bilənlərin adətidir…
Təvazökardır- insanı sevdirən ilahi rəngdən onda da var…
 
 
Baməzə adamdır, incə zarafatları dodaq qaçırır - kübarlıq qandan gəlir…
 
 
Gözütox həkimdir - əməliyyatları az qala təmənnasız edir. Ödəniş məsələsində xəstəyə yardım etməkdən zövq alır. Necə deyərlər, peşəsinin zəkatını ödəməyə çalışır…
 
 
Bəli, məzəli söhbətləri ilə ürəkləri fəth edən tibb elmləri doktoru, professor Mübariz Əliyev bir başqa aləmdir. Lap elə nağıllardakı kimi. Onun aləminə düşdünsə, sehirlənəcəksən…
 
 
Həyatının mənasını oğlu Yaqubda, bir də peşəsi ilə xalqa xidmətdə görən bu cərrahın əlinin şəfasından çox insana pay düşüb. Müxtəlif xəstəliklərdən əziyyət çəkən yüzlərlə soydaşımız məhz onun apardığı cərrahi əməliyyatlar nəticəsində şəfa tapıb, rahat həyata qayıdıb…
 
 
Ölkəmizdə bir sıra unikal əməliyyatların ilkini o başlayıb, o ənənəyə çevirib…
 
 
Günələrin bir günü 65 yaşlı bir xəstə qarın boşluğundakı ağrılarla ona müraciət edir. Müayinə zamanı məlum olur ki, həmin xəstə mədəaltı vəzinin xərçənginin ağırlaşmış formasını özündə daşıyır. Damarlarına sirayət edən törəmə, qonşu orqanlara da xələl yetirib. Bunu görən Mübariz Əliyev dərhal Almaniyaya yola düşür, orada bu sahədə peşəkarlaşmış hospitalda, bir neçə əməliyyatda iştirak edir və tezliklə vətənə dönərək həmin xəstəni əməliyyata hazırlayır. Əməliyyat uğurlu alınır və xəstə yenidən normal həyata qayıdır. Necə deyərlər, ölümün pəncəsindən qurtulur
 
 
Cərrah səliqəsi deyilən bir anlam var. Bu səliqə əməliyyatdan sonrakı dövürdə daha çox nəzərə çarpır. İnsan əməliyyat olunduğu nahiyəyə baxarkən bunu tikişdən də görür…
 
 
Bu kimi xüsusiyyətləri sayəsində professor, cərrah Mübariz Əliyev ölkəmizdə kifayət qədər tanınır, ictimai çəkisi olan həkimlərdəndir…
 
Aprelin 16-sı 65 yaşı tamam olur. Bu münasibətlə onu təbrik edir, möhkəm can sağlığı arzulayıram.
 
Çox yaşasın!
 
 
Elman Eldaroğlu

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI