Xalq artisti “Beynəlxalq mədəniyyət günü”ndə

21:30 15-04-2024 | icon 221 | Mədəniyyət
Xalq artisti “Beynəlxalq mədəniyyət günü”ndə

Mərdəkan Mədəniyyət Sarayında növbəti tədbir baş tutub. Yığıncaq Beynəlxalq Mədəniyyət gününə həsr olunub.

 

Versus.az xəbər verir ki, tədbirdə bir sıra mədəniyyət ocaqlarının nümayəndələri, kənd sakinləri, ictimaiyyət xadimləri həmçinin də jurnalistlər iştirak edib.

 

Qonaqlar sırasında Xalq artisti Tünzalə Ağayeva da olub. Pop ulduz sarayın foesində nümayış olunan əl işləri ilə yaxından tanış olub mənunluğunu dilə gətirib.

 

“Doors open day” layihəsinin əsas məqsədi ictimaiyyəti mədəni tədbirlərə cəlb etmək və Mədəniyyət Sarayı ilə yerli əhali arasında əlaqələrin gücləndirilməsidir. Həmçinin Mədəniyyət Sarayına davamiyyəti artırmaq, cəmiyyətdə mədəni maarifləndirməni genişləndirmək və yaradıcılığa həvəsi olan gəncləri cəlb etmək. Tədbirdə djlərin ifaları, canlı musiqilər, “Rəsm” kursunun tələbələrinin rəsmlərinin sərgisi, “Keramika” dərnəyinin tələbələrinin çinidən hazırlanan əl işlərindən ibarət sərgi, “Biçmə-tikmə” kursunun tələbələrinin əl işləri nümayişi olundu. Bununla yanaşı iki qrupdan ibarət “Şahmat” kursunun tələbələrinin numunəvi oyunu, “Aşpazlıq” kursunun tələbələrinin əl işləri təqdim olundu. Böyük səhnədə “Lalələr” və “Azad” rəqs ansamblının və Latın Amerika rəqs kursunun çıxışları, kiçik zalda isə Mərdəkan Mədəniyyət Sarayında yeni fəaliyyətə başlayan “Kukla teatrı”nın çıxışı göstərilib.

 

 

Ayəndə Dadaşova
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI