Ermənistanın buqələmun siyasəti

13:02 16-04-2024 | icon 375 | Siyasət
Ermənistanın buqələmun siyasəti

Ramil Hüseynov: “”Fransız” olan idarəçilər “Paşinyan sükanını” regionda vəziyyətin alovlanmasına yönəldir”

 

“Azərbaycanın işğal altında qalan səkkiz kəndindən dördünün ilkin olaraq geri qaytarılmasının vacibliyini önə çəkən Nikol Paşinyanın Brüssel görüşündən sonra fikirlərini dəyişməsi Avropdan aldığı qərəzli sifarişlə bağlıdır. Ermənistan bəzi Avropa, Qərb dövlətləri üçün gərginlik saçan paliqona çevrilir ki, bu da onun mövcudluğunu şübhə altına salır. Ermənistan Azərbaycanla oyun oynamaqdan əl çəkməli və üçtərəfli sazişə əsasən götürdüyü öhtəlikləri yerinə yetirməli, ərazilərimizi azad etməlidir”.

 


Versus.Az xəbər verir ki, bunu “Yeni Xətt” Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov Ermənistanın vəd etdiyi kimi Azərbaycanın 4 kəndini geri qaytarmaq istəməməsi və sərhəddə gərginliyin artması ilə bağlı açıqlamasında qeyd edib.

 


R.Hüseynov bildirib ki, bu gün Ermənistan dövlət rəsmilərinin, müxalifətinin ziddiyyətli, anlaşılmaz davranışları Azərbaycanın tarixi ərazilərində tapdanan haqlarını bütünlüklə bərpa etməsi, qoruması üçün beynəlxalq hüquqa söykənən növbəti şəraiti yetişdirir. Onun sözlərinə görə, əgər Paşinyan həmin kəndlərə səfər edərkən bu torpaqların Azərbaycan əraziləri olduğunu etiraf edib o kəndlərin geri qaytarılmasının zəruriliyini bildiribsə, bunun əksinin hansı nəticələr doğura biləcəyini də çox gözəl anlayır. Eyni zamanda qeyd edib ki, əgər bu gün Ermənistan hakimiyyəti həmin kəndlərin geri qaytarılması ilə bağlı hər hansı vaxtın qoyulmadığını iddia edib, revanşist dirənişlər sərgiləyirsə, deməli kimlərinsə sifarişini icra edir:

 

“Bu onu göstərir ki, Ermənistan kənar dövlətlər tərəfindən istiqamətləndirilir. Məhz Brüssel görüşündən sonra Paşinyanın 4 kəndin qaytarılması ilə bağlı konkret vaxtın verilmədiyini söyləməsi bu sifarişin gərginliyin yaradılmasına hesablandığını göstərir. Ermənistanın bu cür buqələmun siyasəti ona nə başucalığı, nə də güc gətirməyəcək. Ermənistan kənar müşahidləçi ölkələr, eləcə də region dövlətləri üçün gələcəyi olmayan bir ölkə imicini yaradır. Kimlərinsə sifarişlərini yerinə yetirən dövlətdən hər çür alçaqlığı gözləmək olar. 4 kəndin qaytarılması ilə bağlı Paşinyanın dediyi sözlər bir tərəfdən reallığı əks etdirən məqam olsa da, digər tərəfdən özünü qorumaq üçün atdığı addımlardır”.

 


R.Hüseynov bildirib ki, Ermənistan və onun baş naziri Azərbaycanın öz torpaqlarını azad etməsi üçün keçdiyi hərbi yolu yaxşı bilir və sülhdən imtina edəcəyi təqdirdə nə ilə üzləşə biləcəklərini də dərk edir. Onun fikrincə, Azərbaycan-Ermənistan münasibətlərini gərginləşdirməyə çalışan bəzi Avropa və Qərb dövlətləri bundan istifadə edərək Paşinyanı istədiyi kimi idarə edirlər:

 

“”Fransız” idarəçilər “Paşinyan sükanını” indi də regionda vəziyyətin alovlanmasına yönəldib. Bu qüvvələr Azərbaycanın onsuz da bu torpaqları geri alacağını dərk edə-edə vəziyyəti müharibəyə sürükləmək istəyirlər. Bu gün söhbət tək 4, yaxud 8 kənddən getmir. Azərbaycan öz ərazilərini tamamilə bərpa eləməlidr. Ermənilər prosesi uzatmaqla vaxt qazanmağa, silahlanmağa, revanşist addımlar atmağa çalışsalar da, heç nəyə nail ola bilməyəcəklər. Ermənistan 44 günlük müharibə, imzalanan üçtərəfli sənəd, Azərbaycana olan yalvarışlarını, sonrakı mərhələdə hər hərbi təxribatlarına qarşı verilən cavabla Azərbaycanın tərs şilləsini gördü. Əgər bu dəfə də belə təxribatçı addımlar atsalar, bu tərs şilləni yenə də görəcəklər. Azərbaycanın iradəsi, diplomatik, hərbi gücü bizə bunu həyata keçirməyə imkan verir. Beynəlxalq hüquq Azərbaycanın öz ərazilərini azad etməyə imkan verir. Eləcə də azərbaycanlıların öz tarixi dədə-baba torpaqlarına qayıtma şansı çoxalır. Dövlətimiz, ölkəmizin siyasi rəhbərliyi bu barədə düşünür və Ermənistanı davranışlarında dürüst olmağa dəvət edir. Əks halda bütün olanların məsuliyyəti Ermənistan və onun havadarlarının üzərində qalacaq”.

 

TAHİRƏ
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI