"İndiki vəziyyətdə biz Ermənistanda eskolasiyanın dərinləşməsini istəmirik"

13:45 16-04-2024 | icon 172 | Siyasət
"İndiki vəziyyətdə biz Ermənistanda eskolasiyanın dərinləşməsini istəmirik"

Əli Mustafa: “Təmkinli davranmalı və əlverişli şəraitdə kəndlərimizi geri almalıyıq”

 

“Azərbaycanın işğalda qalan kəndlərindən dördünün geri qaytarılması ilə bağlı danışıqların dalana dirənməsi bölgədə yaranmış gərginliklə əlaqədardır. Gərgnlik yalnız Azərbaycan-Ermənistan sərhəddində deyil, həm də Ermənistanın daxilindədir”.

 

Versus.Az xəbər verir ki, bunu siyasi şərhçi Əli Mustafa Ermənistanın Brüssel görüşündən sonra Azərbaycanın ilkin olaraq 4 kəndini geri qaytarmaqdan imtina etməsi ilə bağlı açıqlamasında bildirib.

 

Ə.Mustafa hesab edir ki, Azərbaycan təmkinli davranmalı və ilk əlverişli şəraitdə həmin kəndləri alıb öz yuridiksiyasına daxil etməlidir. Onun sözlərinə görə, bu gün Ermənistandakı revanşist qüvvələr bu kəndlər üzərindən Paşinyana qarşı hücumlar, siyasi manevrlər edirlər. Ekspert böyük ehtimalla Paşinyanın özünü daxili hücumlardan qorumaq üçün gərginliyin səngiməsini gözləyir:

 

“4 kəndin indi, yaxud bir aydan sonra geri verilməsi böyük problem yaratmasa da, böyük münaqişə üçün səbəb ola bilər. Revanşist qüvvələr bu məsələnin üzərindən Paşinyanın üzərinə gedib onu devirmək istəyirlər. Amma indiki vəziyyətdə biz Ermənistanda eskolasiyanın dərinləşməsini istəmirik. Bu o demək deyil ki, biz haqlarımızdan geri çəkilirik, xeyir. Azərbaycan nəinki 4 kəndi, bütövlükdə hazırda Ermənistanın işğalında qalan 8 kəndini və digər haqlarını geri alacaq. Amma bu gün Ermənistnla aramızda olan problem tək kəndlər deyil. Ona görə də təmkinli davranmalı və əlverişli şəraitdə kəndlərimizi geri almalıyıq. Ermənistan iqtidarı Azərbaycan ərazilərini tam şəkildə geri qaytarmalı olduğunu dərk etməlidir”.

 

LƏMAN
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI