"Ərazilərimizi azad etməyimizin beynəlxalq qınaq obyektinə gətirilməsi mümkünsüzdür"

14:30 16-04-2024 | icon 166 | Siyasət
"Ərazilərimizi azad etməyimizin beynəlxalq qınaq obyektinə gətirilməsi mümkünsüzdür"

Rəşad Bayramov: “Ermənistan prosesi uzatmaqdansa, Azərbaycanın ata biləcəyi addımları düşünməlidir”

 

Aprelin 5-də ABŞ, Avropa İttifaqı rəsmiləri ilə keçirilən görüşdən sonra Ermənistan iqtidarı Azərbaycanın 4 kəndini geri qaytarmaq istəmir. Halbu ki, Azərbaycan bir müddət əvvəl kəndlərin qeyd-sərtsiz geri qaytarılmasını tələb etmisdi. Hətta Paşinyan həmin kəndlərə gedərək erməni sakinlərini müharibə olması ehtimalı ilə xəbərdar etmişdi. İndi revanşistlər həmin kəndlərdə etiraz aksiyaları keçirir və İrəvan bu kəndlərin qaytarılması ilə bağlı konkret vaxtın olmadığını bildirir. Bunun müqabilində isə sərhəddə gərginlik belə olduğu təqdirdə Azərbayacanın hansı addımları ata biləcəyi sualı ortaya çıxır.

 

Versus.Az xəbər verir ki, bu istiqamətdə açıqlama verən politoloq Rəşad Bayramov bildirib ki, bu gün Ermənistan hakimiyyəti bütün vasitələrlə Azərbaycanın 4 kəndini qaytarmaqdan imtina edir, sülh prosesini uzadır.

 

Onun sözlərinə görə, vaxtilə kəndlərin qaytarılmasının vacibliyini bildirən Paşinyanın Brüssel görüşəndən sonra 180 dərəcədə dönməsi bölgədə gərginliyin saxlanılmasına yönəlib:

 

“Parlamentdə müxalifətin tələbi ilə kəndlərin qaytarılıb-qaytarılmamasının müzakirəyə çıxarılması, referendumun keçirilməsi ilə bağlı erməni ictimaiyyətində fikirlərin yayılması və sair hallar deməyə əsas verir ki, Ermənistan hakimiyyəti prosesin maksimum uzadılmasında maraqldır. Brüsseldə istədiyinə nail olmayan Ermənistan hakimiyyəti vəziyyətin gərginləşdirilməsində və Azərbaycan -Ermənistan sərhəddində gərginliyin qalmasında maraqlıdır. Bununla da Avropadakı dostlarından əlavə dəstək almağa ümid edir”.

 

R.Bayramov bildirib ki, Ermənistan hakimiyyətinin hansı davranış sərgiləməsindən asıl olmayaraq həmin kəndlər beynəlxalq səviyyədə tanınan Azərbaycan əraziləridir:

 


“Ermənistan hakimiyyəti müxtəlif tribunalardan həmin kəndlərin Azərbaycan əraziləri olduğu barədə açıqlamalar verib. Bir ölkənin beynəlxalq səviyyədə tanınan ərazilərinin geri qaytarılmasının müzakirəyə çıxarılması özü belə qəbul olunan məsələ deyil. Ermənistan həmin kəndləri xoşluqla geri qaytarmadığı halda keçirəcəyimiz hər hansı əməliyyat beynəlxalq hüquqa uyğundur. Ona görə də Azərbaycanın öz ərazilərini azad etməsinin beynəlxlaq qınaq obyektinə gətirilməsi mümkünsüzdür. Ermənistan prosesi uzatmaqdansa, Azərbaycanın ata biləcəyi addımları düşünməli və kəndlərin geri qaytarılmasını tezləşdirməlidir”.

 

LƏMAN
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI