İranın uzun illərdir çəkindiyi ssenari

14:00 16-04-2024 | icon 154 | Siyasət
İranın uzun illərdir çəkindiyi ssenari

Turan Rzayev: “İranın İsrailə hücumu bir neçə saat davam edəcək”

 

"İran anonsunu verdiyi “Qisas” əməliyyatını keçirdi. Tehranın anonsunu verdiyi “Qisas” uzun sürmədi. İranın BMT-dəki nümayəndəliyi məsələnin yekunlaşdığını açıqladı".

 

Versus.Az xəbər verir ki, bunu politoloq Turan Rzayev İran-İsrail toqquşması ilə bağlı açıqlamasında bildirib.

 

Politoloq hesab edir ki, əslində İranın İsrailə müharibə elan etməsi, total savaşa girməsi gözlənilmirdi:

 

“Çünki İran ordusu İraqla müharibədən bəri total müharibə görməyib. Ordu istər təcrübə, istər iaşə, istərsə də strateji olaraq buna hazır deyil. İran ordusu müdafiə müharibəsində şərtsiz üstün ola bilər, lakin hücum xarakterli müharibələrdə elə də güclü deyil. Digər bir tərəfdən, İran iqtisadiyyatı nəinki İsrail, heç bir ölkə ilə uzun müddət müharibə aparmağa yetərli deyil. Uzunmüddətli müharibə İran iqtisadiyyatını çökdürə bilər. Eləcə də İranın İsrailə total müharibə elan etməsi Təl-Əvivin maraqlarına cavab verir. Belə ki, İsrail bundan istifadə edib, İranın nüvə obyektlərinə, habelə neft-qaz rezervlərinə hücumlar həyata keçirə bilər”.

 

Politoloq bu qənaətdədir ki, belə bir müharibə İsrailin İran əleyhinə arzuladığı beynəlxalq koalisiyanı formalaşdırmasına gətirib çıxaracaq. Bu isə İranın uzun illərdir çəkindiyi ssenaridir. T.Rzayev İsrailin uzun illərdir İrandakı etnik azlıqlarla işlədiyini bildirib. Onun fikrincə, İranın İsraillə müharibə etməsi halında bəluclar, ərəblər, kürdlər, güneylilər ayağa qalxa bilər:

 

“İran bunları yaxşı bildiyindən İsrail ilə uzunmüddətli müharibəyə girməyi gözə almaz. Bununla belə, rəsmi Tehran İsrailə hücum etməli idi. Belə ki, Tehran Dəməşqdəki insidentdən sonra artan ictimai və beynəlxalq təzyiqi yatırtmaq üçün təqdimatı böyük, icrası risksiz hücum təşkil etdi. Yəni bu, sadəcə, şou idi. Birincisi, İranın BMT-dəki nümayəndəliyi bildirib ki, “BMT-nin özünümüdafiə nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq həyata keçirdiyi hərbi əməliyyat sionist rejimin Dəməşqdəki diplomatik binalarımıza hücumuna cavab idi. Göründüyü kimi, Tehran hücumun səbəbini izah edir və BMT-nin özünümüdafiə nizamnaməsinin 51-ci maddəsini əsas gətirir. Bu, İranın əslində genişmiqyaslı müharibə etməyəcəyinin sübutudur. Bundan başqa, rejim ehtimal müdaxilə və koalisiya risklərini bu yolla blokladı. Digər tərəfdən, dron hücumları birbaşa İrandan edilsə də, raket hücumları İraq, Suriya və Livandan edildi. Yəni İran özü yenə ciddi nə isə etmədi, əsas işi proksiləri gördü. Eləcə də Ağ Ev məlum hücumla bağlı yaydığı məlumatda qeyd edib ki, İranın İsrailə hücumu, bir neçə saat davam edəcək. Yəni İran hücumdan əvvəl ABŞ-la məsləhətləşib”.

 

Politoloq hesab edir ki, nəticə etibarilə İran günlərdir sosial şəbəkələr vasitəsilə anonsunu verdiyi “Qisas”ını tamamladı. Onun fikrincə, qarşıdakı günlərdə bənzər insidentlər yenidən yaşana bilər. Amma bunlar irimiqyaslı müharibəyə gətirib çıxarmayacaq.

 

PƏRİ
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI