"İran bu müharibənin necə nəticələnəcəyinin fərqindədir"

15:00 16-04-2024 | icon 111 | Siyasət
"İran bu müharibənin necə nəticələnəcəyinin fərqindədir"

Vüqar Dadaşov: “Belə bir dövrdə İsrail İranla uzunmüddətli müharibə aparmaq istəməz”

 

“Aprelin 1-də Suriyanın paytaxtı Dəməşqdə İran səfirliyinə edilən hücumdan sonra, İranın İsrailə hücum təşkil edəcəyi gözlənilirdi”.

 

Versus.Az xəbər verir ki, bunu siyasi şərhçi Vüqar Dadaşov İran-İsrail toqquşması və bunun regiona təsirləri ilə bağlı açıqlamasında bildirib.

 

V.Dadaşov qeyd edib ki, İsrail Dəməşqdəki İran səfirliyinə hücumunu boynuna götürmsə də, İsrail və ABŞ tərəfindən həyata keçirdiyini elan etmişdi. Onun sözlərinə görə, Dəməşqdəki İran səfirliyinə hücumdan sonra ABŞ xüsusi kəşfiyyat orqanları İranın İsrailə hücum edəcəyini açıqlamışdı. İran isə İsrailə hücum etməməsi üçün şərtlərini belə bildirmişdi.

 


V.Dadaşov hesab edir ki, ikinci dünya müharibəsindən sonra yeni dünya düzəninin qurulması, dünyanın bölüşdürülməsində İranın taleyi həlledici mərhələdədir. Onun sözlərinə görə, İran siyasi ritorikasında aqressiv, təhdid xarakterli publik bəyanat və çıxışlara üstünlük versə də, reallıqda Qərblə, ABŞ-la müharibədə maraqlı deyil. Çünku İran bu müharibənin necə nəticələnəcəyinin fərqindədir:

 

“Aprelin 14-də İran İsrailə kütləvi dron hücumu həyata keçirsə də, İsraillə uzunmüddətli müharibəyə gedən deyil. İranın İsrailə hücumu siyasi nüfuz məsələsi ilə bağlı məcburi cavabdır. İran Dəməşqdəki səfirliyinə hücuma cavab verib və bu məsələnin tezliklə arxa plana keçməsini istəyir. İranın hücumuna reaksiya verən ABŞ prezidenti Co Bayden İsrailə hər bir yardımın edəcəyini açıqlayıb”.

 

V.Dadaşov bildirib ki, İsrail -Fələstin müharibəsinin getdiyi bir dövrdə İsrail İranla uzunmüddətli müharibə aparmaq istəməz. Ekspert məsələyə bu kontekstdən yanaşaraq, İranın İsrailin Dəməşqdəki səfirliyinə hücum etməsini də qeyri-dəqiq ehtimal adlandırıb:

 


“Dəməşqdəki İran səfirliyinə hücumda, İranla birbaşa və uzunmüddətli müharibənin aparılmasında ABŞ- İsrail arasında fikir ayrılığı mövcuddur. İran-İsrail müharibəsinin başlanması və davam etdirilməsində ABŞ-la yanaşı, ərəb dünyası və qəribə səslənilsə də burada Rusiya çox maraqlıdır. Bu, Rusiyanın Ukraynada apardığı müharibənin istəyinə uyğun yekunlaşmasını tezləşdirə bilər. Rusiyanın İranla Cənubi Qafqaz və xüsusən də Ermənistan, Zəngəzur dəhlizi ilə bağlı fikir və mövqe ayrılığı var. Qərbin təzyiqindən sonra İranın Rusiyaya silah köməyini əhəmiyyətli dərəcədə azaltması, Rusiya ilə İran arasında müəyyən soyuqluğa səbəb olub. İran - İsrail müharibəsi Azərbaycanın manevr imkanlarına təsir edib, balanslı, neytral mövqeyinə çətinliklər yaratsa da, nəticə etibarı ilə milli maraqlarını təmin edir.

 

LƏMAN
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

Faiq Ağayevə SƏRT QADAĞA

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Azad Xankəndinin ilk körpəsi ilə bağlı PAYLAŞIM