“İran-İsrail toqquşması bizim region üçün arzuolunmazdır”

15:24 16-04-2024 | icon 166 | Siyasət
“İran-İsrail toqquşması bizim region üçün arzuolunmazdır”

Arzu Nağıyev: "Hələ ki, bölgə üçün təhlükə yaradacaq belə problem yaşanmır"

 

“İranla İsrail arasında olan gərginlik pik nöqtəyə çatıb. İrandan Suriyaya İsrail konsulluğuna atılan raket zərbəsi və konsulluq nümayəndlərinin həyatını itirməsi gərginliyi yaradan əsas səbəbdir”.

 

Versus.Az xəbər verir ki, bunu deputat Arzu Nağıyev İran-İsrail toqqusmasının bölgəmizə təsirləri, eləcə də ölkəmiz üçün yarada biləcəyi təhlükə ilə bağlı açıqlamasında bildirib.

 

Deputat qeyd edib ki, İran daim İsrailə qarşı dayanan dövlətləri, eləcə də Həması, Hizbullahı dəstəkləyən dövlətlərdən biridir:

 

"İran İsrailə qarşı ballistik raketlərdən, pilotsuz uçuş aparatlarından istifadə etsə də, ciddi nəticə əldə edə bilməyib. Eyni zamanda ABŞ, Böyük Britaniya İsrailin cavab atəşi açmaması ilə bağlı müraciət edib, müəyyən tövsiyələr verib. Bu qarşıdurmanın nə ilə nəticələnəcəyi bəlli deyil. Əsas məqam odur ki, hadisədən öncə İran təhlükəsizlik baxımından öncə region, eləcə də digər dövlətlərə müraciət edərək hava məkanının bağlanması ilə bağlı müraciət eləmişdi. Buna baxmayaraq bir çox ölkələr, hətta ərəb dövlətlərindən İordaniya, Misir hava məkanını açıq saxladı. ABŞ, Böyük Britaniyanın hava hücumundan müdafiə qüvvələri İranın raketlərini sıradan çıxartdı".

 

A.Nağıyev bildirib ki, region, qonşu dövlətlər təhlükəszilik baxımından öz işlərini görürlər. Onun sözlərinə görə, Azərbaycan hava məkanı, quru əhəmiyyətli limanlarından digər ölkələrə qarşı heç vaxt istifadə olunmayacaq:

 

“İsrail və İran arasında olan gərginliyə baxmayaraq Azərbaycan hər iki dövlətin ərazi bütövlüyünü dəstəkləyir. Azərbaycan müharibələrin əleyhinədir. Xüsusilə də İran-İsrail toqquşması bizim region üçün arzuolunmazdır. Əgər İrana qarşı hücum olarsa, bu qonşu olkədə yaşayan çoxlu sayda azərbaycanlılara qarşı təhlükə doğura bilər. Eyni zamanda dost İsrailin zərər görməsini istəmərik. Əgər qonşu dövlətdə müharibə olarsa, bu, azərbaycanlıların sərhədi keçərək bu və ya digər şəkildə Azərbaycana gəlmə ehtimalını artırır”.

 

A.Nağıyev qeyd edib ki, hələ ki, bölgə üçün təhlükə yaradacaq belə problem yaşanmır. O, bildirib ki, böyük dövlətirin İsrailə, İrana müraciəti fonunda bu problem həllini tapıb.

 

Tahirə Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI