"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

12:49 16-04-2024 | icon 455 | Siyasət
"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

"Mitinq çağırışları indiki siyasi şəraitdə əhəmiyyəti olmayan spekulyasiadan başqa bir şey deyil"

 

Bu gün "YENİ XƏTT" Siyasi Tədqiqatlar Mərkəzi bir sıra siyasi qrupların mitinq çağırışlarına etiraz olaraq bəyanat yayıb.

 

Versuz.az xəbər verir ki, Bəyanatda deyilir:

 

 

"21 aprel mitinq çağırışları indiki siyasi şəraitdə heç bir əhəmiyyəti olmayan spekulyasidan başqa bir şey deyil.

Dövrlərini bitirmiş və etimadlarını itirmiş siyasi avantüristlər məkrli planlarını həyata keçirmək üçün yenidən iş başına keçib.

 

Dövlətimizə qarşı ədalətsiz mövqedə duran, strateji, milli hədəflərimizə kölgə salmaq istəyən, xarici çirkli qrantların təsir dairəsinə düşənlər ölkədə yenidən qarşıdurma yaratmaq, xarici dəstəkçikləri vasitəsilə, hətta üsyana çağırış cəhdləri indiki siyasi dönəmdə yalnız dövlətçilik maraqlarına qarşı hədəflənmiş siyasi təxribatdır. Bu gün ölkədə siyasi dayaqlarımızın möhkəmləndirilməsi üçün konstruktiv mövqe ortaya qoymaq əvəzinə küçə savaşına, xırda iğtişaşlara, bu günün tələblərinə, reallıqlarına uyğun olmayan mənəvi dəyərlərə, əxlaqi məziyyətlərə sığmayan bu siyasi oyunlar kimlərə və nələrə xidmət etdiyini xalqımız yaxşı dərk edir və qiymət verir. Bu gün cəmiyyətdə milli həmrəylik, bərabərlik, birlik əhval ruhiyyəsinə zərbə vurmaq, yalnız bu dövlətin inkişafını istəməyən, qüdrətini qəbul etməyən bütövlüyünü həzm etməyən, müəyyən siyasi dairələrin maraqlarına xidmət etməkdən başqa bir şey deyildir. Siyasi rəhbərlik həmişə dövlətin təməl prinsiplərini öndə tutaraq, siyasi dialoqun dərinləşməsi üçün atdığı addımları dəyərləndirmək əvəzinə bu siyasi jestdən sağlam istifadə edib millətə və dövlətə xidmət etmək yolundan çıxıb “idərəetməsi olmayan sükanı küçə ixtilafına yönəltmək” anlayışı və təfəkkürü qəbul edilməzdir və heç vaxt xalq bu siyasi kursu dəstəkləməyəcək. Bunu bilə-bilə idarəetməsi öz əlində olmayan "siyasi oyuncaqlar" öz himayədarlarının maraqlarına xidmət edir-.

 

 

“Yeni Xətt” STM üzünü həmin siyasilərə tutaraq bir daha bəyan edir:

Sizin maraqlarınızla o maraqların üst-üstə düşməsi təbii ki, bizim üçün ötəri bir məsələ deyil və bu çağırışlarınız mütləq zamanında, anında qiymətləndiriləcək. Dünyada və regionda cərəyan edən hadisələr bu gün dövlətə sədaqətlə, məsuliyyətlə, ciddiyyətlə xidmət etməyi diqtə edir. Amma bu küçə iğtişaşı eşqinə düşənlər sədaqət yox xəyanətə, ziddiyyətə yox qeyri -ciddiliyə, məsuliyyətli deyil, məsuliyyətsiz siyasi çağırışları ilə heç nəyə nail ola bilməzlər. Siz dövranı bitmiş, etimadını itirmiş yaxın gələcəkdə tamamilə siyasi arxivə özünüzü məhkum və məcbur etmiş siyasi yolla doğru gedirsiniz. Ətrafınıza, himayədarlarınıza diqqətlə baxın və bir daha düşünün!.. Sizin bəlli müddət ərzində ortaya qoyduğunuz siyasi kursa xalq heç vaxt dəstək vermədi.  Bundan sonra da bunu görməyəcəksiniz.

 

Siyasi şəxslər  ölkənin siyasi maraqlarını möhkəmləndirməli, o maraqlara kimlərinsə sifarişi, istəyi, arzusu ilə xələl gətirəcək addımlar atmamalıdır. 

 

 

Biz siyasi təşkilat olaraq müstəqil fəaliyyətə başladığımız andan həmişə dövlət və dövlətçiliyimizə sədaqət və sadiqliyimizi nümayiş etdirmişik. Bu bizim üçün prioritet və prinsipial məsələ olub.

 

Dövlət və dövlətçiliyə, sadiqlik ehtiram amalı ilə "YENİ XƏTT" Siyasi Tədqiqatlar Mərkəzi".

 

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI