“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

19:14 16-04-2024 | icon 350 | Siyasət
“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Təyyar Yəhyayev: “Qərb, Avropa iyrənc siyasətini Rusiya-Ukrayna müharibəsi fonunda davam etdirir”

 

“Qərbin yalan üzərində qurulan siyasəti, yalançı vədləri dünya nizamını kökündən laxladıb. “Kim güclüdür, o haqılıdır” prinsipi açıq şəkildə önə çıxıb. Beynəlxalq qanun yalnız onlara lazım olan vaxtda və məkanda işləyir. Son İran-İsrail toqquşmasında da Qərb dövlətlərinin məkirli əlinin olması istisna edilmir”.

 

Versus.Az xəbər verir ki, bunu siyasi şərhçi Təyyar Yəhyayev İran-İsrail toqquşması fonunda dünya güclərinin qurduğu oyunlar və bu prosesin regiona təsirləri ilə bağlı açıqlamasında bildirib.

 

T.Yəhyayev Azərbaycanın, istər torpaqlar işğal altında qalan müddətdə, istərsə də işğaldan azad edəndən sonra da Qərbin ikilistandartlı, qərəzli siyasəti ilə üz-üzə qaldığını ikiüzlü Qərb, Avropa siyasətinin tərkib hissəsi kimi dəyərləndirib. Ekspert bu iyrənc siyasətin Rusiya-Ukrayna müharibəsi fonunda davam etdiyini, İran-İsrail toqquşması ilə daha geniş vüsət aldığını deyib.

 

T.Yəhyayev qeyd edib ki, hələ 1979-cu ildən bu yana İranla İsrail bir-birinə qarşı düşmən mövqeyində olsalar da birbaşa müharibə aparmamşdılar:

 

“Son hadisələr isə onu göstərdi ki, İranla İsrail artıq mühariə vəziyyətindədir. İran İsrailə raketlərlə birbaşa hücum etdi. Hazırda sakitlik olsa da yeni müharibə ocağı yaranınb və istənilən an alovlana bilər”.

 

T.Yəhyayev bu müharibənin baş verməsi və bundan kimlərin daha çox qazanc əldə etməsinə diqqət çəkib. Qeyd edib ki, 2022-ci ildən başlayan Rus-Ukrayna müharibəsi və Qərbin Ukraynanı dəstəkləyəcəyini, istənilən növ hərbi yardım edəcəyi vədləri müharibəni uzadan əsas faktordur:

 

“Əgər Qərb vədlərinə sadiq qalsaydı, Rusiya qısa müdətdə məğlubiyyətə uğraya bilərdi. Amma bunu etmədi və müharibənin uzanması Rusiyanın xeyrinə oldu. Rusiya 3 ildir davam edən müharibədə hərbi cəhətdən köhnəlmiş silahlardan istifadə etdi. Hərbi arsenalı təzələndi, döyüş təcrübəsi qazandı. Və Rusiyanın qalib gəlməsi çox yaxın zamanlarda baş verəcək”.

 

Ekspert hesab edir ki, Qərb Ukraynaya yalan vədlər verməklə etdiyi səhvləri, eləcə də  Rusiyaya qarşı məğlubiyyətini ort-basdır etmək üçün indi də israil-Fələstin toqquşmasında maraqlı göründü:

 

“Belə bir vəziyyətdə İran-İsrail müharibəsinin başlanması Rusiya üçün çox önəmlidr. Artıq Qərb üçün də Rusiya-Ukrayna müharibəsi yox, İran-İsrail müharibəsi daha önəm kəsb edəcək. Bu yolla da Qərbin Ukraynaya hərbi dəstəyi azalacaq. Bu da Ukraynanın qısa vaxt ərzində Rusiyaya məğlub olması deməkdir. Rusiya 2 il ərzində öz hərbi arsenalını yenidən formalaşdırıb, ən müasir silahlarla təhciz olunub. Bu cür silahların olması Rusiyanın nüvə müharibəsinə əl atması ehtimalını azaldır. Amma Rusiyada elə raketlər var ki, dağıdıcı gücünə görə nüvədən də güclüdür. Rusiya müharibədə qalib gələndən sonra müttəfiqləri artacaq. Dünyada ikiqütblülük hökm sürəcək müharibədə Rusiyanın qalibiyyəti NATO və Avropa ittifaqının zəif olduğunu göstərəcək onlara inamı azaldacaq”.

 

T.Yəhyayev hesab edir ki, Rusiya Ukraynada qalib gələrsə, öz tarixi torpaqlarına qayıtmaq haqqında fkirləşəcək. Eyni zamanda Rusiya rəsmiləri “NATO-nun Fillandiyada qoşun yığması bizi fikrimizdən çəkindirə bilməz” söyləməklə Ukraynadan sonra Fillandiyaya, Polşaya hücumlarını reallaşdıra bilər:

 

“İsrail-İran müharibəsində kimin qalib gəlməsnə gəlincə, ekspert bir neçə məqama diqqət çəkib. Hər iki ölkə hərbi qüdrətinə görə ilk iyirmilikdədir. İsrail nüvə silahına malikdir. Müharibələrdə ərazinin böyük olmasının əsas şərtlərdən olduğunu nəzərə alsaq, İran bu məsələdə İsraili üstələyir. Artıq davam edən 3-cü dünya müharibəsi İran-İsrail müharibəsi ilə təsdiq olunacaq. Yaxın Şərqdə bir sıra dövlətlər bu müharibəyə çəlb oluna bilər”.

 

T.Yəhyayev belə bir gərgin geosiyasi fonda Azərbaycanın daim barışdırıcı mövqedə olduğunu qeyd edib:

 

“Müharibənin yaxın sərhədlərdə olması sərhəd ölkələri üçün arzuolunan deyil. Sülh yolu ilə həll olunması daha yaxşıdır. İstəməsək də İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

MEDİAdan jurnalistlər üçün MÜSABİQƏ

Bu gün daha dörd oyun keçiriləcək

MM-in komitə sədrindən DƏSTƏK

Noyabr ayının QEYRİ-İŞ GÜNLƏRİ

Avropa ölkələrindən Gürcüstanla bağlı BƏYANAT

Türkiyə Cümhuriyyəti - 101

"WhatsApp"da YENİ FUNKSİYA

“Qızıl top” mükafatının QALİBİ

Gürcüstanın MSK-sı bülletenləri yenidən SAYACAQ

"Kartdan-karta" əməliyyatına görə 6 min manat CƏRİMƏ

Bakıda DƏHŞƏTLİ HADİSƏ

7 şəhidimiz dəfn olunacaq

"Ermənistan silahlandıqca Azərbaycan daha da güclənəcək"

Dövlət qurumlarımız Türkiyəni təbrik etdilər