“Bu yaxınlarda parlament seçkisi olacaq”

09:43 19-04-2024 | icon 238 | Siyasət
“Bu yaxınlarda parlament seçkisi olacaq”

“Azərbaycanda bir neçə aydan sonra parlament seçkiləri olması gözlənilir”.

 

Versus.Az xəbər verir ki, Ədalət, Hüquq və Demokraiya Partiyasının (ƏHDP) sədri, deputat Qüdrət Həsənquliyev belə iddia ilə çıxış edib.

 

Partiya sədri qeyd edib  ki, seçkilər keçirilsə belə, yeni formalaşacaq parlamentin beş il fəaliyyət göstərəcəyini düşünmür:

 

“Çünki ölkədə köklü Konstitusiya islahatları aparılmalıdır. Biz çatdıra bilmədik, amma referendum keçirilməlidir. Yeni Konstitusiyada da parlamentin rolu artırılmalı, deputatların sayı çoxaldılmalıdır. Deputatların sayını ən azı 151 etmək olar. Hesab edirəm ki, yay aylarında yeni parlamentin formalaşmasından sonra 2025-ci ilin sonlarında və yaxud 2026-ci ilin əvvəlində yeni Konstitusiya qəbul olunmalıdır”.

 

Deputat daha sonra qeyd edib:

 

“Əslində seçki nə qədər tez olarsa, o qədər yaxşıdır. İnsanlar tam seçkilərə köklənib. Parlament seçkisi bu yaxınlarda olacaq, çox ümid edirik ki, parlamentdə yerlərimizi artıraq. Başqa partiyalarla danışıqlar aparacağıq ki, seçkilərə blok halında girək. Bununla bağlı təcrübələr var. Bu dəfə ən azı fraksiya yaratmağı hədəfləyirik”.

 

Qeyd edək ki, Azərbaycanda sonuncu parlament seçkiləri 2020-ci ilin fevralın 9-da keçirilib. Parlamentin səlahiyyət müddəti beş ildir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Bu, riyakarlığın və ikiüzlülüyün son həddidir"

Qondarma “azərbaycanlı dəstəsi”ndən XƏBƏR VAR

ÜST ilk meymunçiçəyi testini TƏSDİQLƏDİ

Bakı metrosu ilə bağlı PİS XƏBƏR

Rusiyalı alimdən maraqlı AÇIQLAMA

Bu gün Beynəlxalq MÜƏLLİMLƏR GÜNÜdür

Peraki satılan yerdə İYRƏNC MƏNZƏRƏ

Taksilərlə bağlı YENİLİK

İstanbulda dəhşətli CİNAYƏT

Zəngilanda yeni yaşayış KOMPLEKSİ

"Müəllimlərin cəmiyyətin inkişafında rolu əvəzsizdir"

Türkiyədə bir İLK

Bakı Təşəbbüs Qrupundan BƏYANAT

Vaşinqtonun "məsələnin mənsiz həlli yoxdur" iddiası

Xızıda avtomobil AŞDI