“Yenidən müharibəyə başlamaq planları qururlar”

18:38 10-06-2024 | icon 516 | Siyasət
“Yenidən müharibəyə başlamaq planları qururlar”

Ramil Hüseynov: “Azərbaycana qarşı həmlələrlə uğur əldə edə bilməzlər

 

“Bu gün ölkə başçısının beynəlxalq münasibətlər sistemində atdığı diplomatik addımlar nəticəsində regiona olan münasibət dəyişib. Bu, bizim diplomatik uğurumuzdur. Bunu bizə qazandıranlar yenidən regionda hansısa neqativ halların baş verməsinə imkan verməyəcəklər”.

 

Bunu Versus.az-a “Yeni Xətt” Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov Ermənistanda keçirilən etiraz aksiyaları, regionu hədəfə alan gərginliklə bağlı açıqlamasında bildirib.

 

R.Hüseynov qeyd edib ki, Ermənistanda keçmiş prezidentləri, terror və soyqırımlarda əli olan Sarksyan və Koçaryan da daxil olmaqla revanşist qüvvələr var. Onun sözlərinə görə, həmin qüvvələr niyyətlərini açıq bəyan edir, hakimiyyətə gələrək yenidən müharibəyə başlamaq planları qururlar.

 

R.Hüseynov bəyan edib ki, Azərbaycan dövləti, ölkə baçısının qətiyyətli iradəsi, apardığı düzgün siyasət nəticəsidə bölgədə separatçıların kökünü kəsib və bu cür qüvvələrin yenidən müharibə yaratmağa gücləri çatmaz. O, hesab edir ki, Ermənistan heç bir halda Azərbaycana qarşı həmlələrlə uğur əldə edə bilməz:

 

 

“Ermənistanda etiraz aksiyalarını körükləyən separatçı və terrorçu qruplar, köçəryan və sarkisyanlar siyasi pərdə altında hakimiyyətə gəliblər. Bu cinayətkar ünsürlər Azərbaycan ərazsində doğulub, yaşayıb və dövlətimizə qarşı müxtəlif millətçi təşkilatlara üzv olublar. Bunların bütün çirkin niyyətləri Azərbaycanın hərbi siyasi uğurları ilə puç oldu. Bu gün yenə də müharibə ritorkasi ilə çıxış etmələri heç bir nəticə verməyəcək, öz başlarında çatlayacaq”.

 

R.Hüseynov bildirib ki, artıq Azərbaycan dövləti öz diplomatik, hərbi gücü ilə Ermənistanın terrorçu bir dövlət və revanşist siyasi mahiyyətini dünyaya göstərə bilib. Qeyd edib ki, Ermənistanın dövlət olaraq hansı torpaqlar üzərində qurulduğu, regiona daşıdığı prinsiplərin nədən ibarət olduğu bəllidir:

 

 

“Ona görə də Prezdient İlham Əliyev Qarabağda vandallara xitabən öz sözünü deyib. Azərbaycanın istintaq təcridxanasında saxlanan vandal küçüklər törətdikləri cinayətlərə görə mühakimə olunurlar. Sarkisyan və köçəryanların daha ağır formada mühakimə olunacağına inanıram. Bunlar törətdikləri cinayətlərə görə Azərbaycan qanunları qarşısında cavab verəcəklər. Bu qruplar nə qədər öz havadarlarına güvənib səs-küy yaratmağa çalışsalar da, region üçün hər hansı təsir göstərə bilməyəcəklər. Çünki ölkə başçımız təhlükəsizliyin qorunması üçün çox ciddi hüquqi və siyasi addımlar atır”.

 


R.Hüseynov bölgəmizdə sabitliyin qorunmasının qarantı olan Şuşa Bəyannaməsini xatırladıb. O, bu tarixi hadisənin 15 iyunda növbəti ilinin tamam olduğunu qeyd edərək, tarixi hadisələrin xronologiyasına əsaslanaraq Bəyannamənin həmin gündə imzalanmasını təsadüfi saymayıb:

 


“Digər siyasi elementlərin regionda maraqları var. Bu Bəyannamə digər qüvvələrin regiona daxil olmasının qarşısını almaq üçün görülüb. O sənədlərdə tarixi müstəqilliyimizin müqəddəratı möhkəmləndirilmiş bir formada öz təzahürünü tapıb. Biz dövlətə, millətə sadiqliyimizi nümayiş etdirib bu yolda onların yanında olmalı, həmrəyliyimizi qorumalıyıq”.

 

LƏMAN
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI