Azərbaycan vətəndaşları dünyanın neçə ölkəsinə vizasız gedə bilər?

06:48 11-06-2024 | icon 140 | Cəmiyyət
Azərbaycan vətəndaşları dünyanın neçə ölkəsinə vizasız gedə bilər?

Azərbaycan “Henley & Partners Visa Restrictions Index” pasport reytinqində 72-ci yeri tutub.

 

Versus.Az xəbər verir ki, Azərbaycan vətəndaşları dünyanın 72 ölkəsinə vizasız gedə bilərlər.

 

Fransa, Almaniya, İtaliya, Yaponiya, Sinqapur və İspaniya isə dünyanın 6 ən güclü pasportunun sahibidir. Bu, həmin ölkələrin vətəndaşlarına dünyanın 194 ölkəsinə sərbəst səyahət etmək şansı yaradır.

 

İkinci yerdə Cənubi Koreya, Finlandiya, İsveç və Hollandiya qərarlaşıb ki, onların pasportu ilə 193 ölkəyə vizasız getmək mümkündür.

 

Üçüncü yerdə 192 ölkəyə vizasız girişi olan Avstriya, Danimarka, Böyük Britaniya və İrlandiya qərarlaşıb.

 

Sonuncu yeri pasportu ilə cəmi 28 ölkəyə giriş imkanı verən Əfqanıstan tutur.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI