İsa Həbibbəyli: “Müəllimlərin maaşı artırılmalıdır”
Komitə sədri təhsil işçilərinin əmək haqqının artırılmasından danışdı.
Versus.Az “Ölkə.Az”-a istinadən xəbər verir ki, Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında “Ümumi təhsil haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirə olunub.
Qanun layihəsi barədə məlumat verən adı çəkilən komitəsinin sədri İsa Həbibbəyli ötən oxunuşlarda qanun layihəsinin müzakirəsi zamanı səsələnən təkliflər barədə məlumat verib.
Onun sözlərinə görə, müzakirələrin nəticəsi olaraq qanun layihəsindən 14 anlayış çıxarılıb:
“Bundan əlavə olaraq ötən müzakirələrdə özəl təhsil müəssiələrində təhsil alanların dövlət hesabına tibbi müayinədən keçirilməsi təklif olunurdu, ancaq özəl təhsil ocaqlarının buna imkanı var. Bir də tibbi müayinədən keçmək elə də böyük vəsait tələb etmir”.
Komitə sədri əlavə edib ki, digər qaldırlan məsələlərdən biri ölkədə repetitorluq institutunun ləğvi üçün müəllimlərin əməkhaqqılarının qaldıırlması təklif olunurdu:
“Bildiyiniz kimi əməkhaqqıları ölkə başçısının sərəncamları ilə artırılır. Onu da qeyd edim ki, digər sahələrdə olduğu kimi ölkə başçısı tərəfindən təhsil və elm sahəsində çalışanların əməkhaqqıları mütəmadi olaraq qaldırılır. Repitetorluq institutunun ləğvinə gəldikdə isə hesab edirəm ki, ən uğurlu variant təmayül qruplarının yaradılmasıdır. Təmayül qrupları repetitorluğa rəqabətdə ən yaxşı alternativdir”.
Versus.Az
Xəbər lenti
Bu və növbəti şənbə tam iş GÜNÜDÜR
Bu dəyişiklik iş və istirahət günlərinin ardıcıllığının qorunması...