Ərizə qəbulu aprelin 15-nə qədər davam edəcək

15:39 27-03-2019 | icon 407 | Təhsil
Ərizə qəbulu aprelin 15-nə qədər davam edəcək

 

Ali və orta ixtisas təhsili müəssisələrinə elektron ərizə qəbulu davam edir.

 

Abituriyentlər arasında ən çox sual doğuran məqamlardan biri imtahan ödənişləri ilə bağlıdır.

Versus.Az ali məktəblərə qəbul imtahanları zamanı tələb olunan ödənişlərin məbləğini izahlı formada diqqətə çatdırır.

Cari ilin məzunu, yəni 2019-ci ildə XI sinifi bitirən şagidlər universitetlərə qəbul imtahanının həm I, həm də II mərhələsində pulsuz iştirak edirlər.

Əgər həmin abituriyent, 2019-cu ildə universitetə qəbul olunmaq üçün ona yaradılan 2-ci şansdan (yay qəbul imtahanı) yararlanmaq istəyirsə, bu zaman 40 Azn ödəməlidir.

Əvvəlki illərin məzunları il ərzində qəbul imtahanında 1 dəfə iştirak edəcəkləri təqdirdə 40 azn, ikinci şansdan yararlanacaqları təqdirdə də əlavə 40 Azn, yəni 80 manat ödəniş etməlidirlər.

Cari ilin məzunlarına bir ixtisas üzrə qabiliyyət imtahanında iştirak pulsuzdur.

Qabiliyyət imtahanlarında ən azı 1 dəfə iştirak etmiş əvvəlki ilin məzunlarından  30 Azn tələb olunur.

Xatırladaq ki, ərizə qəbulu aprelin 15-nə qədər davam edəcək. /azedu.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Bayrağımız Qarabağda dalğalanmadıqca içimiz rahat deyildi, bu gün isə..."

Zəfər gününün ruhu, qüdrəti ilə vüqarla dalğalanan BAYRAĞIMIZ

“Zəfərimiz, bayrağımız müqəddəsdir, mənfurların vurduğu ləkəni götürməz”

İTP başqanı Prezident İlham Əliyevi TƏBRİK ETDİ

Qulağınızda gizlənən təhlükəli XƏSTƏLİK

COP29-da iştirak üçün Bakıya gələnlərin SİYAHISI

“Atamın kölgəsində” - Qarabağ şəhidlərinin əziz xatirəsinə

COP29-un PROQRAMI

Xalq artisti Zəfər günündə konsertlərdə çıxış etdi

COP29-un tədbir məkanı BMT-nin qurumuna VERİLDİ

COP29-un ilk gününün GÜNDƏLİYİ

İmtahandan uğurla keçən müəllimlərin SAYI

"0000 Kilometre” melodramının qala-gecəsi keçirilib

Azərbaycanda COP29 BAŞLADI

COP29-da belə QORUNACAĞIQ