Polşada oxumağın ən maraqlı tərəfləri:
Dünya ölkələrində olduğu kimi Azərbaycanda da bir çox gəncin arzusu xaricdə təhsil almaqdır.
Son zamanlar gənclər Polşada təhsil almağa üstünlük verirlər.
Versus.az xəbər verir ki, hazırda Polşada təhsil sürətlə inkişaf edir. Ölkənin ali təhsil müəssisələri keyfiyyətli təhsil baxımından əcnəbi tələbələrinin diqqətini cəlb edir. Digər Avropa ölkələrindən fərqli olaraq Polşada XI sinfi bitirdikdən sonra universitetlərə birbaşa qəbul olmaq mümkündür.
Polşada bakalavr dərəcəsində təhsil almaq istəyənlər IELTS və ya TOEFL imtahanından keçməlidir. Ölkədə bakalavr dərəcəsində təhsil 3 və ya 4 ildir. Magistr təhsili 1.5 və ya 2 il, doktorantura isə 3 illikdir.
Polşada təhsil almaq istəyənlərin IELTS və ya TOEFL dil sertifikatı yoxdursa 1 il foundation keçməklə orada oxuya bilərlər.
“Türkiyə ali təhsil müəssisələri Polşa universitetlərindən daha keyfiyyətlidir”.
Bu sözləri xaricdə təhsil üzrə mütəxəssis Həsən Əliyev bildirib. O, Polşada təhsil almaq istəyənlər üçün zəruri məlumatları da bildirib:
“Polşada tədris ingilis dilindədir. Tələbələr orada oxuduğu müddətdə digər Avropa ölkələrinə vizasız səyahət etmək imkanı əldə edirlər. Polşa 2004-cü ildə Avropa Birliyinə qoşulduğu üçünŞengen zonasına daxildir. Yəni, Polşada təhsil vizası olan əcnəbi tələbənin, heç bir əlavə sənədləşməyə ehtiyacı olmadan Avropa ölkələrinə rahatlıqla səyahət edə bilər”.
Həsən Əliyev bildirib ki, Avropa ölkələrində təhsil almaq arzusunda olanlar üçün Polşa çox gözəl seçimdir:
“Polşada keyfiyyətli ali təhsil müəssisələri mövcuddur. Amma müqayisə etdikdə Türkiyə ali təhsil müəssisələri Polşa universitetlərindən daha keyfiyyətlidir. Avropa ölkələrində təhsil almaq istəyənlərin büdcələri azdırsa, bu zaman Polşadaoxumaq çox gözəl seçimdir. Lakin Polşa universitetlərində gənclərin humanitar ixtisaslarda təhsil almaqları daha perspektivlidir”.
Qeyd edək ki, Polşada məzun olan əcnəbi tələbələrəiş izni və yaşayış hüququ da verilir. /azedu.az/
Versus.Az
Xəbər lenti
Bu və növbəti şənbə tam iş GÜNÜDÜR
Bu dəyişiklik iş və istirahət günlərinin ardıcıllığının qorunması...