"Heç kəsin daxili işinə qarışmırıq və digər dövlətlərdən də bunu tələb edirik"

12:30 01-06-2023 | icon 602 | Siyasət
"Heç kəsin daxili işinə qarışmırıq və digər dövlətlərdən də bunu tələb edirik"

Elxan Şahinoğlu: “Prezidentlər arasında əhəmiyyətli fikir mübadiləsi aparılıb”

 

“İsrail Prezidentinin Azərbaycana səfəri son dərəcədə əhəmiyyətlidir”.

 

Versus.Az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu İsrail Preziddentininölkəmizə səfəri və əməkdaşlığın inkişafı ilə bağlı yol xəritəsinə diqət çəkərkən bildirib.

 

E.Şahinoğlu qeyd edib ki, hələ 1997-ci ildə İsrailin baş naziri Binyamin Netanyaho Cənubi Koreyadan qayıdarkən ölkəmizə ilk səfər edib mərhum prezident Heydər Əliyevlə görüşərək fikir mübadiləsi aparmışdı. Elə Azərbaycan-İsrail əməkdaşlığının bünövrəsi də o zaman qoyuldu, inkişaf etdi:

 

“Azərbaycan nefti Ceyhan limanı üzərindən Avropaya nəql olunmağa başlayandan sonra əsas alıcımız İsrail oldu. Bu gün İsrail neftə olan təlabatın 30 faizini Azərbaycandan əldə edir. Biz də İsraildən bizə zəruri olan hərbi texnika və silahları alırıq. Strateji müttəfiqiyin bir əhəmiyyəti də ondadır ki, İsrail Ermənistana heç bir silah və sursat satmır. Heç şübhəsiz ki, bu səfərdə iki ölkə arasında hərbi-sənaye kompleksləri arasında əməkdaşlıq məsələləri də müzakirə olunub. Eləcə də, İsraildə birinci sırada yer alan kənd təsərrüfatı texnologiyası təcrübəsindən Azərbaycanın da yararlanması ehtiyacı önə çəkilib”.

 

Politoloq İsraildən Azərbaycana gələn turist axınını daha da gücləndirmək və həftədə dörd təyyarə reysinin gündəliyə keçirilməsini mümkün variantlar sırasında qeyd edib. Onun fikrincə, burda Azərbaycan vətəndaşlarına viza verilməsi bir qədər asanlaşdırılsa, daha yaxşı olar.

 

E.Şahinoğlu prezidentlərin görüşündə İran mövzusunun da müzakirə olunduğunu deyib:

 

“İran İsrail üçün birnömrəli təhdiddir və Azərbaycana qarşı da müəyyən təhdidlərlə çıxış edir. Bu məsələ ətrafında prezidentlər arasında əhəmiyyətli fikir mübadiləsi aparılıb.Ordumuzun qüdrətini, texniki təhcizatını artırmaq, yeni modern silahlar almaq üçün İsraillə əməkdaşlıq mühüm məna kəsb edir”.


E.Şahinoğlu İranın bu istiqamətdə Azərbaycan əleyhinə açıqlamalar verəcəyini də istisna etməyib. O hesab edir ki, bu İranın problemidir:

 

“Azərbaycan özünün xarici siyasətində müstəqildir. Azərbaycan xarici və Təhlükəszilik siyasətini müəyyənləşdirməkdə sərbəstdir. Əsas məqsəd odur ki, heç kəsin daxili işlərinə qarışmırıq və digər dövlətlərdən də bunu tələb edirik”.

 

Azərbaycan Prezidentinin İsrailə səfərinin nəzərdə tutulduğunu vurğulyan E.Şahinoğlu bildirib ki, bu, əməkdaşlığın, dostluğun möhkəmlənməsinə işarədir. Onun fikrincə, Azərbaycan – İsrail münaibətlərindəki dostluq, xalqlarımız arasındakı səmimi əlaqələrdən, sevgidən doğaraq inkişaf edir.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Xunta rejiminə dialoq təklifinin LİMİTİ BİTDİ

“...Sonra Rusiya sülhməramlıları sakitcə Qarabağdan çıxacaq”

Mərkəzi Asiya Dövlət Başçılarının QARDAŞLIQ BAĞLARI

Bakıda Səudiyyə Ərəbistanının milli bayramı qeyd edilib

“Cavablarını verib yerlərində otuzdurmağın vaxtı çatıb”

“Hər sahədə üstünlüklərə malik olan Azərbaycanın qarşısında cılız Ermənistan nə edəcəkdi ki?”

24 saatın NƏTİCƏLƏRİ

Beynəlxalq təşkilatlara antiterror əməliyyatının başlanması ilə bağlı MÜRACİƏT

İşcilərin 70 faizi müqaviləsiz işləyir

44 günlük müharibədə olduğu kimi...

Tibb sahəsində qanunsuz fəaliyyətlə məşğul olanların NƏZƏRİNƏ

Ermənistanın Qarabağdakı hərbi kolonlarına dağıdıcı ATƏŞ ZƏRBƏLƏRİ

Bu bağçalar LƏĞV EDİLDİ

Yeddi mindən çox erməni TƏXLİYƏ EDİLİB

Sülhməramlıların maşını ATƏŞƏ TUTULDU