“...Sonra Rusiya sülhməramlıları sakitcə Qarabağdan çıxacaq”

13:01 18-09-2023 | icon 810 | Siyasət
“...Sonra Rusiya sülhməramlıları sakitcə Qarabağdan çıxacaq”

Fuad Əliyev: “Bu, 2020-ci ildən gələn mesajlardır”

 

“Separatçı rejimin hərbi hazırlığı, müharibə ritorikalı çıxışları, aqoniya effektidir. Çünki hazırda separatçı silahlı qüvvələrin ərazini tərk etdiyi müşahidə olunur. Beləliklə, 2020-ci ildə imzalanan üçtrəfli sazişin müddüəları mərhələli şəkildə həyata keçirilir. Ermənilər artıq Azərbaycan ərazilərinə gediş-gəlişi Laçın sərhəd-buraxılış mətəqəsndən keçərək həyata keçirdir. Bir qədər əvvəl məntəqədən tək-tək insanlar keçib gedirdisə, indi bütöv ailələr, gənclər təhsil almaq üçün ərazini tərk edirlər”.

 

Versus.Az xəbər verir ki, bunu Müstəqil Həmkarlar Birliyinin sədri, siyasi ekspert Fuad Əliyev Qarabağda olan separatçı rejimin davranışları fonunda növbəti atılacaq addımlarla bağlı açıqlamasında bildirib.

 

 

Ekspert hesab edir ki, artıq Qarabağda yaşayan ermənilər başa düşürlər ki, sülhə gəlməkdən başqa çarələri yoxdur və Bakı ilə danışıqlara gedilməlidir ki, vəziyyət dəyişsin:

 

“Bütün hallarda antiterror əməliyyatları olmalıdır. Çünki Paşinyan “Qarabağ Azərbaycan ərazisidir” desə də, əməldə, bəyanatlarında başqa mövqe sərgiləyir. Eləcə də erməni əsilli mülki insanlar erməni separatçı rejimin təsiri altında Azərbaycan qanunlarına tabe olmaq istəmir, sərsəm iddialar irəli sürürülər. Digər bir dərəfdən, Ermənistan sərhədə ordu yığır, istehkamlar tikir, atəşkəsi pozur”.

 

F.Əlieyev bildirib ki, Qarabağa olan qeyri vətəndaşlar, eləcə də sülhməramlılar ərazilərimizdə 5 ildən yuxarı qalmayacaq. Kimlər Azərbaycan vətəndaşlığını qəbul edəcəksə qalacaq, kimlər özlərinə müstəqil dövlət qurmaq iddiası ilə cinayətlərini davam edəcəksə, cəzaları ağır olacaq.

 

O ki qaldı ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyasına F.Əliyev separatçı rejim məhv edilib, Azərbaycan qanunları Qarabağın bütün ərazilərində tətbiq ediləndən sonra bu prosesin öz-özünə baş verəcəyini deyib:

 

 

 

“Azərbayacan ərazisində yaşayan ermənilərin reinteqrasiya prosesinin qarşısında heç bir maneə yoxdur, olmamalıdır. Bu gün Azərbaycanda 30 min erməni yaşayır və hətta müharibə dövründə belə onlara heç kəs toxunmadı, heç bir təzyiq göstərilmədi. Deməli, bu münasibət  Qarabağda yaşayan ermənilərə də göstəriləcək. Azərbaycan tolerant, çoxsaylı xalqları olan bir ölkədir və bütün xalqların hüquqları eyni səviyyədə qorunur. Ermənilər də digər xalqlar kimi Azərbaycan qanunları çərçivəsində yaşaya biləcəklər”.

 

Ekspert hesab edir ki, erməniləri münaqişəyə ruhlandıran bir çox dövlətlər var, gərginliyin qalmasında maraqlıdır və sülhün yaranmasının qarşısını almaqdadırlar:

 

“Qarabağda separatçı rejim seçki keçirən zaman Qərbin Azərbaycana qarşı ikilisatandartlı münasibəti özünü göstərdi. Bəziləri ermənilərlə danışıqlar prosesinin dayanmasını erməni ilə rusların oyunu hesab edirlər. Amma belə deyil. Rusiya sülhməramlıları Qırmızı Xaç  Cəmiyyətinin yardım karvanını Ağdamdan Xankəndiyə apardılar. Əhaliyə ərzaq yardımı aparmaq sülhməramlıların vəzifəsi idi. Putin “ermənilərin öz seçimini etdiyirni bəyan edərək, artıq bu işə qarışmadığını bildirib. Bu, 2020-ci ildən gələn mesajlardır. 2025-ci ilə qədər Qarabağda separatçı qüvvələr qalmayacaq. Ondan sonra da Rusiya sülhməramlıları çıxacaq. Putin çıxışında qeyd edib ki, rəsmi Bakı erməni əhalisinə təzyiqlər olmayacağı barədə rəsmi Bakının qarantiya verdiyini bildirib. Azərbaycan dövlət başçısı da bunu dəfələrlə bildirib”.

 

F.Əliyev liderlərin son görüşü ətrafında cərəyan edən proseslərin fonunda Paşinyanın Prezident İlham Əliyevlə təcili görüş istəməsinin cavabının çoxdan verildiyini deyib:

 

“Bu gün sərhədlər müəyyənləşməyib, biz istənilən addımları atıb irəli gedə bilərik. Ona görə də Azərbaycan ordusu harda dayanacaqsa, sərhədləriniz orda qurulacaq. Paşinyanın narahatlığı bununla bağlıdır və haqlıdır. Hər erməni gülləsi Azərbaycan ordusunun bir addım irəliləməsinə səbəb olur. Ona görə də Ermənistan özü öz davranışlarına görə məsuliyyət daşıyır. Bu baxımdan bütün əvvəlki görüşlərdə sərgilənən mövqeyimiz dəyişməyib, Ermənistan sülh müqaviləsi bağlamalı və öhtəlikləri yerinə yetirməlidir. Sülhə gəlmək istəsələr sülh imzalamaqla fikilərini bəyan etməlidirlər, bunu yenidən danışmağa ehtiyac yoxdur.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı