Gənclər Fondu bu il qəbul olunacaq tələbələrin təhsil haqqını qarşılayacaq?- Rəsmi cavab
Gənclər Fondu təhsil haqqının qarşılanması üçün növbəti ərizə qəbulunu davam etdirir.
AzEdu.az xəbər verir ki, ötən il ölkənin 31 ali dövlət təhsil müəssisəsində təhsil alan 237 tələbənin təhsil haqqı borcları müsabiqə əsasında Gənclər Fondu tərəfindən qarşılanıb.
Bu il müsabiqədə iştirak etmək istəyənlər Gənclər Fondunun rəsmi (www.youthfoundation.az) saytında qeydiyyatdan keçib, kod və şifrə əldə etdikdən sonra, saytın elektron xidmətlər bölməsində yerləşdirilmiş ərizə formasını müvafiq qaydada doldurub, sayt üzərindən Gənclər Fonduna göndərməlidirlər.
“Bu il qəbul olan tələbələr növbəti il müsabiqədə iştirak edə bilərlər”
Versus.Az xəbər verirki,bu sözləri AzEdu.az-a Azərbaycan Respublikasının Gənclər Fondunun mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı deyib.
O bildirib ki, maliyyələşmə 2018-2019 və 2019-2020-ci tədris ili üçün nəzərdə tutulmuş təhsil haqqı xərclərinin tam və ya qismən qarşılanmasını nəzərdə tutur:
“Müsabiqə zamanı tələbənin davamiyyəti və təhsil göstəriciləri əsas götürülür. Elə buna görə də, bu il qəbul olan tələbələr müsabiqədə iştirak edə bilməzlər. Bu il qəbul olan tələbələr növbəti il müsabiqədə iştirak edə bilərlər.
Müsabiqəyə 31 dövlət Ali təhsil müəssisəsinin və onların filliallarında, əlavə olaraq bu il üçün nəzərdə tutulmuş 54 dövlət orta-ixtisas təhsili müəssisəsinin əyani/qiyabi təhsil alma formaları üzrə, bakalavr/magistr təhsil pillələrində olan tələbələr müraciət edə bilərlər”.
Şəfa Mehmanqızı müsabiqədə üstünlük veriləcək şəxsləri də diqqətə çatdırıb:
“Müsabiqə zamanı milli qəhrəman övladları, I, II qrup əlil (2018/19-cu tədris ili üçün) və III qrup əlil gənclər, valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş və ya internat məzunları olan gənclərə üstünlük veriləcək. Həmçinin I qrup əlil valideyni olan gənclər, hər iki valideyni əlil olan (I,II III qrup) gənclər, aztəminatlı ailədən olan gənclər müsabiqə zamanı üstünlük veriləcək şəxslər sırasındadır”.
Qeyd edək ki, müraciətlər 19 iyul 2019-cu il saat 18:00-dək qəbul ediləcək. Nəticələr barədə məlumat Fondun rəsmi internet səhifəsində və mətbuatda dərc olunacaq.
Versus.Az
Xəbər lenti
Delimitasiya prosesinə mane olan SƏBƏBLƏR
"Erməni tərəfi 3 kəndi geri qaytarmamaq üçün..."