DGKA rəisi abituriyentlər və valideynlərlə görüşdü

12:50 19-07-2019 | icon 1063 | Təhsil
DGKA rəisi abituriyentlər və valideynlərlə görüşdü

 

“Bizim əsas missiyamız yetkin şəxsiyyətlər yetişdirməkdir”.

Versus.Az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlimata görə, bu barədə Akademiyanın rəisi Qulu Novruzov abituriyentlər və onların valideynləri ilə görüşü zamanı bildirib.

Qulu Novruzov görüş iştirakçılarına Akademiyada Dövlət Gömrük Komitəsinin əmək bazarının tələblərinə uyğun mütəxəssislər yetişdirildiyini, tədris prosesinin aparılması üçün vacib olan bütün faktorların tədbiq edildiyini, ən peşəkar mütəxəssislərin tədrisə cəlb olunduğunu qeyd edib.

Qulu Novruzov 2019/2020-ci tədris ilindən başlayaraq I ixtisas qrupunda "İnformasiya təhlükəsizliyi" ixtisası üzrə, eləcə də magistraturaya “Dünya iqtisadiyyatı - Gömrük işi” və “Hüquqşünaslıq - Beynəlxalq hüquq” ixtisasları üzrə qəbulun gerçəkləşdiyini də bildirib.

"Bizim əsas missiyamız yetkin şəxsiyyətlər yetişdirməkdir" – deyən Akademiya rəisi qeyd edib ki, hər bir gənc, ilk növbədə, Azərbaycan dəyərlərinə sadiq vətəndaş olmalıdır. Qulu Novruzov gömrük orqanlarında çalışan Dövlət Gömrük Komitəsinin "Könüllü gömrükçü" dəstəsinin üzvlərinin yarıdan çoxunun Akademiya tələbələri olduğunu vurğulayıb.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Bayrağımız Qarabağda dalğalanmadıqca içimiz rahat deyildi, bu gün isə..."

Zəfər gününün ruhu, qüdrəti ilə vüqarla dalğalanan BAYRAĞIMIZ

“Zəfərimiz, bayrağımız müqəddəsdir, mənfurların vurduğu ləkəni götürməz”

İTP başqanı Prezident İlham Əliyevi TƏBRİK ETDİ

Qulağınızda gizlənən təhlükəli XƏSTƏLİK

COP29-da iştirak üçün Bakıya gələnlərin SİYAHISI

“Atamın kölgəsində” - Qarabağ şəhidlərinin əziz xatirəsinə

COP29-un PROQRAMI

Xalq artisti Zəfər günündə konsertlərdə çıxış etdi

COP29-un tədbir məkanı BMT-nin qurumuna VERİLDİ

COP29-un ilk gününün GÜNDƏLİYİ

İmtahandan uğurla keçən müəllimlərin SAYI

"0000 Kilometre” melodramının qala-gecəsi keçirilib

Azərbaycanda COP29 BAŞLADI

COP29-da belə QORUNACAĞIQ