“İslamşünaslıq” ixtisasına qəbul olmaq istəyən abituriyentlərin qeydiyyatı başlayıb


Abituriyentlər qabiliyyət imtahanında iştirak etmək üçün iyulun 19-dan 24-dək qeydiyyatdan keçə bilərlər.
Versus.Az xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, Azərbaycan İlahiyyat İnstitutunun “İslamşünaslıq” ixtisasına qəbul olmaq istəyən abituriyentlər qabiliyyət imtahanı da verməlidirlər. “İslamşünaslıq” ixtisası üzrə qeydiyyatdan keçmək istəyən abituriyentlərin III ixtisas qrupu üzrə qəbul imtahanında topladıqları ümumi balı ən azı 150 bal, imtahanın ikinci mərhələsi üzrə balı isə ən azı 50 bal olmalıdır.
Müsabiqə şərtlərini ödəyən abituriyentlər qabiliyyət imtahanında iştirak etmək üçün 19‑24 iyul 2019-cu il tarixlərində DİM-in internet saytında qeydiyyatdan keçməlidirlər. Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət edən və digər xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qeydiyyatdan keçməyən Azərbaycan Respublikasının vətəndaşlarının (ümumi təhsil müəssisəsini bitirən) cari ildə Azərbaycan İlahiyyat İnstitutunun “İslamşünaslıq” ixtisası üzrə qabiliyyət imtahanında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına olacaq. Digər abituriyentlər qeydiyyatdan keçərkən tələb olunan məbləği şəxsi kabinetindəki hesabına əlavə etməlidirlər.
Qabiliyyət imtahanının proqramı və qiymətləndirmə meyarları “Xüsusi qabiliyyət imtahanları” jurnalının 1-ci sayında verilmişdir. Qabiliyyət imtahanından uğurla keçən abituriyentlər ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı, Azərbaycan İlahiyyat İnstitutunun “İslamşünaslıq” ixtisasını da seçə bilərlər.
Versus.Az

Xəbər lenti

“Ağrı gecələr də meydana çıxa bilər və bu zaman…”
Nərminə Abbasova: “Qanaxma həm mədə, həm də on iki barmaq bağırsaq xorası olan xəstələrdə rast gəlinə bilər”
"Bu da bir siyasi mədəniyyət nümunəsidir"
Muzeydə “Nəsimi-650 uşaqların dili ilə”
Ərdoğan Axıska sürgününü Qənirə Paşayevanın şeiri ilə andı - VİDEO
Dima Bilan sərxoş çıxışından danışdı - VİDEO
Məşhur Hollivud aktyoru vəfat edib
2019-cu ilin üç ən yaxşı filmi - SİYAHI
Bakıda “Infiniti”i markalı avtomobillə “Mitsubishi” toqquşub - FOTO
La Liqada autsayder qələbəni əldən verib
"Lill" "Monpelye"yə qalib gəlib
Almaniya Bundesliqası: “Hoffenhaym” evdə uduzub
Yunan hakimlər turun matçlarını boykot etməyə qərar veriblər
Türkiyə Super Liqasında turun açılış oyunu heç-heçə bitib
Xanım sürücü piyada qadını vurub
Lerik rayonunda üçotaqlı ev yanıb
Xərçəng, diabet, demensiyanın səbəbkarı bu bakteriya imiş – Ağızdan bədənə keçir
İrəli
