7 fevraldan sonra nələr baş verəcək?

13:02 08-12-2023 | icon 776 | Siyasət
7 fevraldan sonra nələr baş verəcək?

Razi Nurullayev: “Siyasi qüvvələr daha real düşüncələrə malik olacaq”

 

“2024-cü il fevralın 7-də növbədənkənar Prezident seçkilərinin keçirilməsi təmsil etdiyim Milli Cəbhə Partiyası üçün məqbuldur. Biz partiya olaraq Azərbaycanın siyasi həyatında hər zaman fəal mövqe sərgiləməyin tərəfdarı olmuşuq və bu mövqeymiz dəyişməyib. Növbədənkənar Prezident seçkilərinin keçirilməsi təmsil etdiyim partiya üçün həm də o cəhətdən önəmlidir ki, suverenliyini tam bərpa edən Azərbaycan üçün xalqın öz siyasi və seçim mövqeyini bildirməsini vacib bilirik”.

 

Versus.az xəbər verir ki, bunu növbədənkənar Prezident seçkiləri ilə bağlı Parlamentdəki çıxışında deputat, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev deyib.

 

Deputat vurğulayıb ki, MCP üçün bu səbəb onunla xarakterizə olunur ki, dünyada Azərbaycana münasibət bəzən birmənalı olmur və xeyli qərəzli münasibətlər ortaya çıxır. Onun sözlərinə görə, növbədənkənar seçkinin keçirilməsi bizim beynəlxalq aləmə, Azərbaycana qərəzli və qərəz üzərindən qurulan fərqli baxışlara verilən bir cavab olmalıdır və inanıram ki, olacaq:

 

“Bu seçkilərin tam ədalətli və şəffaf olması, bütün iştirakçılara bərabər hüquqların və yanaşmaların tətbiq edilməsinin həm də ölkəmizə qarşı yönələn anti-demokratik çağırışlara və yanaşmalara cavab olacağını düşünürəm. Bununla bərabər, ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa edəndən sonra Azərbaycanın yaratdığı yeni reallıqlar fonunda bu demokratik və azad seçkilərin keçirilməsi ölkəmizin beynəlxalq nüfuzuna da müsbət təsir göstərmiş olacaqdır”.

 

R.Nurullayev növbədənkənar seçkilərin MCP üçün önəminin digər səbəblərinə də diqqət çəkib:

 

“Bu seçkilər Milli Cəbhə Partiyası üçün həm də ona görə önəmlidir ki, 7 fevraldan sonra cəmiyyətimiz daha iç-içə, daha mehriban və siyasi qüvvələr də daha real düşüncələrə malik olacaqdır. Çünki ölkəmizdə yaranan vəziyyət elə münasibdir ki, əlavə şübhəli fikirlərə meydan vermir və verə bilməyəcək. İnanıram ki, bu seçkilər ölkəmizin inkişafında yeni müsbət meyllər yaradacaq”.

 

SEVDA
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI