Ermənistan BMT TŞ-da iflasa uğradı

20:35 17-08-2023 | icon 950 | Siyasət
Ermənistan BMT TŞ-da iflasa uğradı

Razi Nurullayev: “Bəyan edildi ki, ermənilər inteqrasiya etmək istəmirlərsə, Ermənistana gedə bilərlər”

 

“Ermənistanın Laçın yolu ilə bağlı BMT-nin Təhlükəszilik Şurasında açdığı müzakirə ermənilər üçün uğursuzluqla nəticələndi. Ermənistan ğüman edirdi ki, BMT-nin Təhlükəsizik Şurası Azərbaycana təsir göstərən bir qətnamə qəbul edəcək. Amma göründüyü kimi hər bir kəs Laçın yolu ilə bağlı narahatlığını bildirsə də, ümumilikdə çıxış edən ölkələrin çoxu hər bir dövlətin suverenliyini və ərazi bütövlüyünü dəstəklədi. Bu da diplomatik dildən tərcümədə o deməkdir ki, Azərbaycan öz suveren ərazisində istədiyi addımı ata bilər”.

 

Versus.Az xəbər verir ki, bunu Milli Məclisin deputatı Razi Nurullayev Ermənistanın BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı əsassız iddialarla bağlı açıqlamasında bildirib.

 

Deputat BMT TŞ-nın 15 üzvündən 5-nin daimi olduğunu xatırlatmaqla yanaşı, bu üzvlərin içərisində Qoşulmama Hərəkatına üzv olan dövlətlərin olduğunu qeyd edib:

 

“Hazırda Azərbaycan Qoşulmama Hərəkatına sədrlik edir. Ermənistan necə düşünə bilər ki, Qoşulmama Hərəkatına üzv olan ölkələr Azərbaycanın əleyhinə səs verə bilərlər. Ümumiyətlə, Azərbaycanın bütün ölkələrlə normal münasibətləri yaranıb, gözəl diplomatik əlaqələri var və özünün haqq işini sübut edə bilir”.

 

Deputat BMT TŞ-nın məlum iclasında ermənidən çox erməni olan Fransa nümayəndəsinin Azərbaycana əks olan çıxışlarını da təsadüfi, yaxud gözlənilməz hal kimi dəyərləndirməyib. Bildirib ki, Fransa prezidenti Emmanuel Makron ilk gündən ermənipərəst mövqe sərgiləyir və onların mövqeyi birmənalı olaraq Ermənistanı müdafiə etməkdir:

 

“Təhlükəsizlik Şurasının daimi üzvü olan Rusiya nümayəndəsinin də çıxışını normal hesab etmək olar. Rusiya Laçın yolu ilə bağlı Ermənistanın BMT-yə  müraciət etməsini bəyənmədi, bunu lazımsız bir addım kimi dəyərləndirdi. Digər ölkələr də ümumi sözlərlə çıxışlar etdilər. Bu bir daha Ermənistanın iflas olduğunu göstərdi”.

 

Deputat bildirib ki, BMT-də bir çoxlarının “yaşlılar, “humanitar dəstək”, “xəstələr” sözlərini səsləndirməsi Ermənisana bir təsəlli ola bilər, amma bunlar hamısı emossiya üzərində qurulan sözlərdir:

 

“Çünki heç bir hüququ əsası yoxdur. Çünki nə məhkəmə orqanı, nə beynəlxalq təşkilat hisslər, emossiyalar üzərində qərarlar vermir”.

 

R.Nurullayev hesab edir ki, əksinə, Laçın yolunun BMT TŞ-da müzakirəsi Azərbaycana bir sıra üstünlüklər də qazandırdı:

 

“Azərbaycanın BMT-dəki nümayndəsi Yaşar Əliyevin faktlara əsaslanan qətiyyətli çıxışı çox məsələlərə bir daha aydınlıq gətirdi. O, qeyd etdi ki, Xankındi Laçın yolu 59 km metr, Ağdam-Xankəndi yolu 18 kilometrdir. Bildirildi ki, bu qədim ipək yolonun davamıdır, böyük M2 şossesidir, ona görə də buradan yüklərin daşınması, daha münbitdir. Eləcə də vurğulandı ki, Qırmızı Xaç Komitəsi də bu yoldan istifadə edə biər, Azərbaycan da bütün sahələr üzrə istənilən imkanları yaratmağa hazırdır. Bütün dünyanın nəzərinə çatırıldı ki, 18 km yolun ermənilər tərəfindən bloklanması çığallıqdır. Bu da ona görə baş verir ki, ermənilər intrqrasiya etmək istmirlər. BMT-də bəyan edildi ki, əgər ermənilər inteqrasiya etmək istəmirlərsə, Ermənistana gedə bilərlər.

BMT toplantısını Azərbaycana qarşı qətnamənin qəbul olunmaması və Azərbaycanın BMT-dəki nümayəndəsi Yaşar Əliyevin əsaslı çıxışı və dost ölkələrin bizə dəstəyi baxımından Ermənistanın iflasa uğradılması kimi qiymətləndirə bilərəm”.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI