Məleykə Abbaszadədən 800 abituriyentə misilsiz xeyirxahlıq...

13:54 12-08-2019 | icon 764 | Təhsil
Məleykə Abbaszadədən 800 abituriyentə misilsiz xeyirxahlıq...

Söz verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin Qurban bayramı öncəsi 800 ailəni özünəməxsus şəkildə sevindirdiyi barədə informasiyanın sirr pərdəsini qaldırırıq. 

 
 
Versus.Az yerli mediaya istinadla xəbər verir ki, Məleykə Abbaszadə bu ilki qəbul imtahanları zamanı yüksək bal toplamaqla potensial olaraq ali məktəbə daxil olmaq haqqına sahiblənən, amma milli mentalitetimizdən irəli gələn səhlənkarlıq və arxayınçılıq səbəbindən bu haqqı itirmək təhlükəsində qalan 800 abituriyentlə bağlı olduqca xeyirxah bir addım atıb. 
 
 
Müddətin başa çatmasına günlər deyil, saatlar qalmış DİM rəhbərinə məruzə olunub ki, yüksək bal toplayan 800 abituriyent ixtisas seçimi mərhələsində ali məktəbi seçdikdən sonra öz elektron ərizələrini təsdiq etməyi naməlum səbəbdən "unudublar". DİM rəhbəri dərhal göstəriş verib ki, həmin abituriyentlərin evlərinə bir-bir zəng vurulub baş verənlər onlara izah edilsin. Eşitdikləri xəbərdən ailələr şoka düşüblər ki, onlar bu işi - yəni, sənədi təsdiq etməyi bəzi hallarda qohum-qonşuya, və ya müəllimlərə və hətta pul qarşılığında "ekspert" kimi özünü tədim edən şəxslərə həvalə ediblər, həmin şəxslərsə abituriyentlərin və onların valideynlərinin etibarını doğrultmayaraq bunu təsdiq etməyi "unudublar". 
 
 
Beləcə "həyəcan siqnalı" ilə ayağa qaldırılan valideynlər qısa zamanda onları gözləyən real təhlükəni önləyə biliblər və M. Abbaszadənin bu xeyirxahlığını heç zaman unutmayacaqlarını bildiriblər. 
 
Moderator.az da həmin xoşbəxt valideynlərə qoşularaq M. Abbaszadəyə bu xeyirxahlığına görə təşəkkür edir. 
 
 
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Bayrağımız Qarabağda dalğalanmadıqca içimiz rahat deyildi, bu gün isə..."

Zəfər gününün ruhu, qüdrəti ilə vüqarla dalğalanan BAYRAĞIMIZ

“Zəfərimiz, bayrağımız müqəddəsdir, mənfurların vurduğu ləkəni götürməz”

İTP başqanı Prezident İlham Əliyevi TƏBRİK ETDİ

Qulağınızda gizlənən təhlükəli XƏSTƏLİK

COP29-da iştirak üçün Bakıya gələnlərin SİYAHISI

“Atamın kölgəsində” - Qarabağ şəhidlərinin əziz xatirəsinə

COP29-un PROQRAMI

Xalq artisti Zəfər günündə konsertlərdə çıxış etdi

COP29-un tədbir məkanı BMT-nin qurumuna VERİLDİ

COP29-un ilk gününün GÜNDƏLİYİ

İmtahandan uğurla keçən müəllimlərin SAYI

"0000 Kilometre” melodramının qala-gecəsi keçirilib

Azərbaycanda COP29 BAŞLADI

COP29-da belə QORUNACAĞIQ