“Bir daha göründü ki, Azərbaycan indiyə qədər apardığı siyasətdə haqlıdır”

19:30 17-08-2023 | icon 718 | Siyasət
“Bir daha göründü ki, Azərbaycan indiyə qədər apardığı siyasətdə haqlıdır”

Mahir Abbaszadə: “Azərbaycan artıq öz istəklərinə nail olmaqdadır”

 

“BMT Təhlükəsizlik Şurasında keçiriən tədbir, başda möhtərəm Prezident İlaham Əliyev olmaqla, Azərbaycanın xarici siyastinin nə dərəcədə düzgün inkişaf etdiyini, aparılan düzgün xarici siyasət nəticəsində Azərbaycanın dostlarının sayının artdığını, eyni zamanda haqq işinin digər dövlətlər üçün nə dərəcədə aydın olduğunu bir daha ortaya qoydu. Bu tədbir bir daha göstərdi ki, Azərbaycan uzun illər apardığı mübarizə nəticəsində artıq öz istəklərinə nail olmaqdadır. Əgər döyüş meydanında qələbəni əldə edə bilmişiksə, torpaqları işğaldan azad etmişiksə, siyasət meydanında da apardığmız siyasət dostlarımzı sevindirir, düşmənlərimizi xar edir”.

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında deputat Mahir Abbaszadə dünən ermənilərin təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurasında Azərbaycanla bağlı aparılan müzakirələrə diqqət çəkərkən bildirib.

 

M.Abbaszadə bildirib ki, BMT-nin Təhlükəsizlik Şurasında Ermənistanın təşəbbüsləri ilə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması və Qarabağda yaşayan ermənilərin guya “iqtisadi və humanitar böhran” içərisində yaşaması ilə bağı keçirilən məlum tədbir əslində bir daha göstərdi ki, Azərbaycan indiyə qədər apardığı mübarizədə haqlı mövqeyini daha qətiyyətlə müdafiə etməlidir:

 

“BMT Təhlükəsizlik Şurasında aparılan müzakirələr bir daha kimin regionda suverenlik, ərarzi bütövlüyünün qarşılıqlı hörmət əsasında real və davamlı olmasını istədiyini ortaya qoydu. Təbii ki, bu, Azərbaycan və onun haqq işini müdafiə edənlərdir. Eyni zamanda göründü ki, kimlərsə boş qisas ümidləri ilə zaman qazanmaqla “humanitar fəlakət” tamaşaları qurub bölgədə nələrəsə nail olmaq istəyir. Bu isə Ermənistan və havadarlarının apardığı işlərdir”.

 

M.Abbaszadə bildirib ki, beynəlxalq təşkilatlar Xankəndi-Ağdam yolunun istifadəyə verilməsinin nə dərəcədə vacib olduğunun, digər bir tərəfdən, ərazi bütövlüyünün dəyişdirilməməsi, sərhədlərin toxunulmazlığının, hər bir dövlətin öz sərhədlərini etibarlı şəkildə qorumağa borclu olduğu barədə səslənən fikirlər tədbirdə iştirak edən dövlətlərin nümayəndələri üçün öz müsbət məqamları ilə yadda qaldı:

 

“BMT Təhlükəszilik Şurasında keçirilən tədbirdə bir daha göründü ki, Azərbaycan indiyə qədər apardığı siyasətdə haqlıdır, bu mübarizə ərazi bütövlüyü ilə başa çatmış mübarizədir. Azərbaycanın daxilində yaşayan erməni azlıq möhtərəm Prezident İlham Əliyevin də indiyə qədər qeyd etdiyi kimi, Azərbaycan daxilində yaşayan digər xalqların heç birindən artıq xüsusi bir imtiyaz əldə eliyə bilməz. Azərbaycanın daxilində yaşayan millətlər hansı hüquq bərabərliklərə malikdirlərsə, Qarabağda yaşayan ermənilər də həmin hüquq və bərabərliklərə malikdirlər. Bu məsələ orda özünün həllini bir daha tapdı”.

 

M.Abbaszadə Azərbaycanın bu möveyinin bundan sonra da davam edəcəyini bildirib:

 

“Beynəlxalq hüquq, münasibətlər Azərbaycanın tərəfindədir. Çünki Azərbaycan regionda sülhün təmin olunmasında maraqlı tərəfdir. Davamlı təhkükəsizlik və sülhün təmin olunası üçün Azərbaycan respublikası, başda müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyev olmaqla aparılan siyasət bundan sonra da davam etdirilməlidir. Aparılan siyasət həm Qarabağda inteqrasiya prosesinin sürətlənməsnə səbəbə olacaq, həm də Azərbaycan-Ermənistan sərhədində davamlı sülhün təmin olunmasına səbəb olacaq. Və bütün bunlar gələcəkdə Cənubi Qafqazın sülh şəraitində yaşamasını təmin edəcəkdir”.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Hoçaz döyüşü haqqında XATİRƏLƏR

Daxili xəstəliklərdən biri haqqında - REVMATİZM

Vətən, Bayraq uğrunda ŞƏHİDLİYƏ UCALDI

Seçkisonrası mediada görünməzlik və ANA MÜXALİFƏTÇİLİK hədəfi

Süni intellektdə yeni mərhələ

Ümid Partiyası Konstitusiyaya bu dəyişiklikləri TƏKLİF EDİR

Bu gün Qaradağlı faciəsinin 32-ci ilidir

Yumruğa çevrilən “bir millət, iki dövlət” QARDAŞLIĞI

"Azərbayca dünyada daha böyük nüfuz sahibinə, güc mərkəzinə çevrilir"

"Prezidentin verdiyi mesajları ciddi şəkildə nəzərə almalıdırlar"

Millimiz Avropa çempionatında 4-cü yeri tutub

Hövsana su basdı

Nə təcili yardım gəlir, nə də taksi

Şəraitsiz həyət, qanunsuz tikili

Daxilə və xaricə yönəlik ciddi MESAJLAR