Nazirlik yeni məktəb binasının layihəsini təqdim etdi

12:25 16-09-2019 | icon 317 | Təhsil
Nazirlik yeni məktəb binasının layihəsini təqdim etdi

Azərbaycan Respublikasının Təhsil Nazirliyinin sifarişi ilə Ağ Şəhər ərazisində sosial infrastruktura obyektlərinin tikintisi çərçivəsində növbəti təhsil ocağının layihələndirilməsi başa çatıb və yaxın zamanda tikintisinə başlanılması nəzərdə tutulur. Tam orta təhsil məktəbinin layihə konsepsiyası Türkiyənin BUDA Mimarlık şirkəti, tam layihəsi isə Azərbaycanın ArchiCO mühəndislik şirkəti tərəfindən işlənilib.

 

Versus.Az xəbər verir ki, 1,3 ha ərazidə tikiləcək məktəb binasının ümumi sahəsi 15 000 kv. metr təşkil edir. Müasir üslublu məktəb binasının qarşısında layihələndirilmiş xüsusi dizaynlı meydan məktəblilərin sevimli görüş məkanına çevrilməyi vəd edir. Məktəb sahəsində özəl landşaft, şagirdlər üçün futbol və basketbol meydançaları, eləcə də qaçış yolu layihələndirilib. 1536 şagird yeri olan məktəbdə tədris və fənn otaqları, laboratoriyalar ilə yanaşı, inzibati otaqlar, bədii dərnəklər, yeməkxana, idman və akt zalı fəaliyyət göstərəcək.

 

Məktəb binası Mərkəzi Park Kvartalındakı Paris evlərinin ətrafında, Süleyman Vəzirov küçəsində yerləşəcək. Nəqliyyat baxımından məktəbə rahat piyada gəlişi, avtomobillərin hərəkəti, valideynlər üçün avtoparkinq yerləri və ictimai nəqliyyat üçün dayanacaq təşkil olunacaq.

 

Bu Ağ Şəhər ərazisində fəaliyyət göstərən Fransız Liseyi və Kaspi Liseyindən sonra 3-cü məktəb olacaq. Gələcək ildə Ağ Şəhərdə daha 2 məktəbin və uşaq bağçalarının layihələndirilməsi nəzərdə tutulub.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür