Xankəndi yolunda etirazların 13-cü günü

10:01 24-12-2022 | icon 415 | Qarabağ
Xankəndi yolunda etirazların 13-cü günü

BQXK karvanı şəhərə nə üçün girib?

 

Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinə (BQXK) məxsus avtomobillərin müşayiətilə Xankəndidən Ermənistana müalicə üçün körpə aparılıb.

 

 

“Report”un aksiya keçirilən ərazidə olan əməkdaşının əldə etdiyi məlumata görə, Beynəlxalq Qırmızı Xaç Komitəsindən daxil olmuş müraciətdə 24 dekabr saat 09:00-da xəstəliyinin müalicəsi ilə əlaqədar 2022-ci il təvəllüdlü Vladimir Balayan və onun valideynlərinin komitənin əməkdaşlarının müşayiəti ilə komitəyə məxsus üç ədəd minik avtomobili ilə Xankəndidən Ermənistana keçidinə və həmin gün eyni tərkibdə geriyə, Xankəndiyə qayıtmalarına icazə verilməsi xahiş olunub.

 

Müraciətdə bildirilib ki, geri qayıdarkən avtomobillərin baqajında Xankəndi xəstəxanası üçün dərman və tibbi ləvazimatlar daşınacaq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər