Baş Gömrük İdarəsi rəisi vəzifəsindən azad edildi


Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti polkovniki Mehman Sadıqov vəzifəsindən azad edilib.
“Unikal”ın əldə etdiyi məlumata görə, bununla bağlı Komitə sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən gömrük xidməti general-leytenantı Şahin Bağırov əmr imzalayıb.
Hələlik Mehman Sadıqovun yerinə təyinat yoxdur.
Qeyd edək ki, Mehman Sadıqov Komitənin sabiq sədri Səfər Mehdiyevin əmri ilə bu ilin yanvar ayında Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

Xəbər lenti

Türkiyədə zəlzələ qurbanlarının sayı 8 mini keçdi
Zəlzələ nəticəsində ölənlərin sayı 8574-ə çatıb