Özbəkistan hökumətinin hədiyyəsi

12:36 29-12-2022 | icon 412 | Qarabağ
Özbəkistan hökumətinin hədiyyəsi

Füzulidə yeni məktəb binası inşa edilir

 

İşğaldan azad edilmiş Füzuli şəhərində Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə Özbəkistan büdcəsinin vəsaiti hesabına 960 şagird yerlik məktəb binası inşa edilir.

 

AZƏRTAC-ın bölgə müxbiri tikinti işlərinin aparıldığı ərazidə olub, görülən işlərlə maraqlanıb.

 

Layihə rəhbərinin tikinti üzrə müavini Rəfail Sadıqov bildirib ki, üç hektar ərazidə inşa edilən məktəb binası iki mərtəbə və zirzəmidən ibarətdir. Məktəbdə 40 sinif otağı, 6 laboratoriya, 2 informatika otağı, 5 funksional tədris otağı, akt zalı, idman zalı, yeməkxana, kitabxana yaradılacaq. Məktəbin ərazisində futbol meydançası, istirahət və keçiriləcək tədbirlər üçün yerlər, qaçış zolaqları, nəzarət buraxılış məntəqəsi, qazanxana, su çənləri, transformator yarımstansiyası inşa ediləcək.

 

İşlər yüksək keyfiyyətlə, tikinti normalarına uyğun şəkildə aparılır. Binanın tikintisinin 2023-cü ilin avqust ayında yekunlaşdırılması nəzərdə tutulur.

 

Tikintidə sahə rəisi Rasim Mustafayevin sözlərinə görə, işğaldan azad edilmiş ərazilərin qurulmasında iştirak etmək onun ən böyük arzularından olub:

 

“Mən qarabağlıyam, Ağdam rayonundanam. 40 ildən çoxdur ki, tikinti sahəsində çalışıram. Respublikamızın bir çox bölgələrində inşaat işləri ilə məşğul olmuşam. Ən böyük arzularımdan biri Qarabağda tikinti aparmaq idi. Nəhayət, bu, mənə müyəssər oldu. 2022-ci ildə Ağdam rayonunda Xaçınçay üzərində dəmir yolu körpüsünün tikintisinə rəhbərlik elədim. İndi də Füzuli şəhərindəki məktəb binasını inşa edirik. Bu günü bizə yaşadan Prezidentimizə minnətdaram. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin”.

 

Özbəkistandan olan mütəxəssis İslam Kərimovla söhbət zamanı Qarabağda məktəb tikintisində iştirak etməyindən qürur duyduğunu söyləyib.

 

“Biz Özbəkistandan sentyabr ayında gəlmişik. Məktəbi Azərbaycan şirkəti ilə müqavilə əsasında inşa edirik. Mütəxəssislər Özbəkistandır. İşimiz yaxşı gedir. Şadıq ki, işğaldan azad olunmuş Füzuli şəhərinin tikintisinə iştirak edirik”, - deyə o əlavə edib.

 

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev keçən il noyabrın 12-də İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə çıxışı zamanı Özbəkistanın Füzuli rayonunda böyük məktəb inşa etmək təşəbbüsünü ölkələrimiz arasında növbəti həmrəylik, dostluq, qardaşlıq addımı olduğunu bildirib.

 

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin “Azərbaycan bizim üçün yaxın dost və zamanın sınağından çıxmış etibarlı strateji tərəfdaşdır” sözləri də ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsindən xəbər verir. Hər iki ölkəni ortaq din, mənəvi dəyərlər, oxşar ənənələr, dil və mədəniyyət birləşdirir.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İran cəsusları və onların himayədarları

ALDP başqa partiya ilə birləşmək istəmir

LİMFA DÜYÜNLƏRİ haqqında bilmədiklərimiz

Türkiyənin məşhurları “Prestij meselesi”ndə 

Gözlənilən əfvdə kimlər amnistiyaya düşəcəklər?

Kütləvi təqaüdə qeydiyyat başlandı

"Ya maliyyə alır, ya da onun ideoloji təsirinə düşüb”

“Qırmızı çizgiləri aşan İran oldu” - MÜSAHİBƏ

Qara, uzun saçlar - Elçin vəsf etdi

“Media Reystrinin bu prosesi tənzimləməsi mümkün deyil"

Dövlət qulluğunda çalışan gənclərin sayı ARTIRILACAQ

Siyəzən polisindən ƏMƏLİYYAT

"Qərbi Azərbaycana qayıdacağıq" - MÜSAHİBƏ

Bakının mövqeyi, tələbləri dəyişməyib

Tələbəmiz “Linux” əməliyyat sistemində iki kritik xəta aşkarlayıb